Dənizlə qovuşdurduğu şüaları suyu narıncı göstərərkən yaydığı hərarətlə ingilis adasına təkrar səhərin açıldığını xəbər verən Günəş, hər gün saat yeddidə durduğu məkanında qurularaq ətrafı izləyirdi. Həmişəkindən daha fərqli bir təlaş içində olan ingilis sarayının taxt otağına xüsusi işıqlarını göndərərkən burada olanlara da maraqla tamaşa edirdi.
Nəhayət soyumağa başlayan əsəbi ilə taxtına oturan kralın, bütün gecə yuxusuz qaldığını üzünə baxıb rahatlıqla demək olardı. Oturması ilə bahalı daşlarla bəzədilmiş metal parçalarla dolu barmaqlarını kralın qoluna yerləşdirən kraliça ona baxan ərinə sadəcə gözlərini qırpıb, ayağa qalxdı.
Üzərindəki həmişə geyindiyindən daha fərqli stildə tikilmiş libası ona yaraşsa da ağ rəngi bu qadının qarşısındakinə bəxş etdiyi ilk təəsürat, onun ölüm mələyi olduğu ilə əlaqəli idi.
Qarşısında diz çöküb təzə əmrləri gözləyən üst rütbəli cəngavərlərə doğru irəliləyərkən aşağı tonda danışmağa başlamışdı "Necə bizi rüsvay eləyəbilərsiniz? Məğlubiyyətiniz bizim üçün əhvolunmazdır!"
Kraliçadan qorxmasalar da bu iki cəngavər bu qadının edəcəklərini həddi-hüdudu olmadığını çox yaxşı bilirdi. Tək etməli olduqlarını sakitcə gözləmək olduğunu da yaxşı bildikləri üçün səssizliklərini qorumağa qərar vermişdilər.
Səssizliyin içində üçüncü cəngavərin səsi bu ikisinin də qorxusuna səbəb olmuşdu "Bizə lazımi əsgərlər gəlməmişdi. Göndərdiyimiz məktuba cavab olaraq saraydan bizə dəstənin ən gec bir gecədə hərb yerində olacağı barədə məlumat gəldi. Lakin dəstədən hələ də xəbər yoxdur"
Bu söz ətrafdakıların qəribə baxışlarına səbəb olsa da kralın "Biz heç yerə dəstə göndərməmişik. Göndərilən məktubların təhlükəsizlik şəraitində bizə çatmasından siz məsuliyyətliydiniz. Əgər çatmayıbsa bu yenə sizin günahınızdı" sözləri təkrar səssizliyə başlanğıc vermişdi.
Kraliça isə bu məsələyə kral qədər normal baxmırdı. Kral əsəbi olsa da ağlında cəza yoxkən kraliça bayaq dik başlılıqla çərənləyən cəngacərə və üzünə qorxu dolu gözlərlə baxan digər iki cəngavərə baxıb təkrar taxtına oturdu. Bir qədər daha səssizlik otağa hakim olduqdan sonra kraliça nəhayət danışmışdı "Qanunlara görə siz saraya göndərilən vacib məlumatı it-bata salmısınız. Buna cəza olaraq sizin ordudaki vəzifənizə nöqtə qoyulacaq. Mallarınız müsadirə edilib dövlət fondlarına bağışlanacaq." Sonra üzünü kənarda tək duran cəngavərə tutub sözünə davam etdi "Sənə gələsi olsaq, sən hələ də günahını başa düşməyibsən. Buna görə də sənin sağ əlin kəsiləcək. Kral və kraliçanın hüzurunda necə danışacağını bilmədiyinə görə ağzına ərinmiş gümüş töküləcək. Həyatda qalsan getməkdə sərbəstsən."
Bu qərarın xoşuna gəldiyini kralın gülüşündən də başa düşən günəş, öz ilk işartılarını taxt otağının uzun və açıq buraxılmış pəncərəsinin içinə göndərməkdən üz döndərib havada biraz da qalxmağa qərar vermişdi.
*********
"Bu mənim xoşuma gələr. Ən azından ikimiz də bir-birimizə qarşı əminsizlik içərisindəyik. Nəticədə siz mənim səmimiyyətimdən, mən də sizin gələcək planlarınızdan əmin deyiləm və şübhələnirəm kraliça." sözünü bitirdikdən sonra önündəki qədəhin içərisindəki mayeni başına çəkən kral qarşısındakı 'qızına' baxmağa başlayanda bu gənc qız danışmağa başlamışdı.
"Mən sizin geri dönməyimə sevinəcəyinizi düşünmüşdüm lakin gördüyümə görə siz başınızı mənim geri dönməyimdən çox, taxtınız üçün ağrıtmağı seçmisiniz." İstehza ilə gülən kralın bu sözə qarşılıq olaraq "Cadugərin biri qızımın bədənini elə keçirib" deməsi kraliçanı cin atına mindirmək demək idi ki, bu belə də olmuşdu.
"Yəni sizə görə mənim geri qayıtmağımın tək mənası budur?" William arxasına əminliklə söykənib danışmağa başlamışdı "Gəl açıqca danışaq. Sən o qədər pissən ki öz qızının ruhunu məhv edib, onun yerinə keçmisən. Mən sənə necə güvənəbilərəm? Axı sən taxtım üçün də eynisini edəbilərsən?"
Üzündə açıq-aşkar xəyal qırıqlığı ifadəsi bəlirən qız ayağa durub qapıya doğru irəliləmişdi. Qapını açmazdan əvvəl geriyə dönüb bir insana aid olabilməyəcək soyuqluq və ifadəsizliklə danışmışdı "Madam ki belədir, məni yaxşı tanıyırsınız kral həzrətləri. Əmin olun ki o məndən daha çox sevdiyiniz taxtınızı əlinizdən alandan sonra böyük bir zövqlə sizin düşdüyünüz vəziyyətə baxıb qəhqəhə çəkəcəyəm." Bununla da otaqdan çıxıb getmişdi.
Şamlarla aydınladılan pəncərə olmayan otaqda təkcə qalan kralın üzündə başqa bir ifadə vardı. O ağlına gələn müxtəlif planları həyata keçirmək qərarında idi. Buna görə də tezliklə də gənc qızına qarşı təxribatlara başlayacaqdı.
*********
Xəfif yağan yağmur, ətrafdakı insanların rahat eləməsə də özü ilə birgə gətirdiyi qara buludlar, kralın təkcə vəliəhdi və oğlunu çox narahat edirdi. O belə havada atasının verdiyi tapşırığı yerinə gətirmək üçün səhər çox tez durmuşdu.
Sarayın əsas giriş qapısının önündə durub yeni gələn əsirləri izləyən şahzadə oğlan, sanki at seçirmiş kimi onların dişlərini kontrol etdirib, dırnaqlarına baxdırırdı. Gələn ağlama səsi ilə bir anda qarşısındakı əsirdən başını qaldırıb səsə doğru boylanan şahzadənin gördüyü qadın, sürətlə uşağı sallayıb, sakitləşdirməyə çalışırdı.
Lakin bu işə yaramamaqla birgə, uşağın səsini daha da ucaltmasına səbəb olmuşdu. Bu səsdən açıqca narahat olan oğlan yumruq halına gətirdiyi barmaqlarından sadəcə ikincisini sərbəst buraxıb, onu dodaqlarının üzərinə qoyub üzünü təkrar yoxlanan əsirə çevirmişdi. "Gözəl xanımdır. Atların yaşadığı yeri təmizləsin" deyə qarşısındaki qadının gələcəyi ilə əlaqəli qərarını verən oğlan bir anda qışqırıb, daha yüksək səslə ağlamağa başlayan uşağın dedi ilə qışqırmışdı.
"Kəs o küçüyün səsini!" Sözü uşağın anasına xoş gəlməyibmiş ki o ayağa qalxıb danışmağa başladı "Susdurum? Axı necə? Biz şəhərin varlıları, öz evimizdə ikən indi bizi bura əsir adı altında gətirmisiniz. Mən buradakı digər insanlar kimi ömrüm boyunca torpaq şumlamamışam. İtgin düşən statusumu vermək yerinə mənə qışqırırsınız!"
Qarşısındakı qadının "dəli" cəsarətinə heyranlıqla baxan şahzadə gülərək ətrafındakı generallara baxıb, təkrar qadına baxmışdı. "Aranızda başqa əsilzadə var?" Deyə verdiyi suala ayağa qalxıb "Mən kilsədə vəzifə sahibi olmuşam" deyən gombul kişi şahzadənin daha da xoşuna gəlmişdi.
Əslində din ilə işi olmayan şahzadə Williamın xadimlərlə işi olurdu. O nə qədər pis bir xarakterdə böyüsə də, papaların və kilsə işçilərinin əhalinin qanını necə sovurduğunu bilir və bundan xüsusi nifrət edirdi. O ki qaldı belə bir vəziyyətdə əsir düşmüş kilsə işçisi, bu onun sadəcə xoşuna gələrdi.
Pilləkənləri aşağıya doğru addımlayıb üzü hovuza doğru addımlayarkən eyni zamanda danışmağa başlamışdı şahzadə "Sizə əvvəlki nüfuzunuzu geri verəcəyik xanım." Əlindəki xəncərlə kişinin boğazını kəsəndən sonra əsgərlərə onu ayaq üstə tutmaları ilə əlaqəli işarə vermişdi.
Sonra qadına doğru irəliləyib onun qucağından uşağı aldıqdan sonra hovuzun yanında cəsədi ayaq üstə gözlənilən kilsə vəzifəlisinin yanına gedən oğlan uşağa baxıb göz süzdürdükdən sonra qadına baxıb gülümsündü "Lakin bu hörmətsizliyin cəzasını övladınız çəkəcək"
Uşağı hovuza atdıqdan sonra çiynindən tutduğu kişi cəsədini də uşağın üzərinə tullayan oğlan, ona doğru atılarkən son anda əsgərlər tərəfindən qolları tutularaq saxlanılan qadına baxaraq gülməyə başladı. "Mənə zərər vermək istədiniz? Lap yaxşı."
Kənardakı cəngavərlərə baxıb əli ilə qadını işarə verən gənc şahzadə sözə davam etdi "Gözlərini çıxardıb qarğalara verin, barmaqlarını kəsib itə qurda tullayın. Dizindən aşağı ayaqlarını kəsib verin ac siçovullara yesinlər. Qadından xüsusi müsadirə olunan bütün əmlakı artıqlaması ilə qaytarın"
Bu sözü deyəndən sonra pilləkənlərdən üzü yuxarı qalxıb, saray binasının içərisinə daxil olmuşdu " Digər əsirlərə sonra baxacağam"
✓✓✓✓✓✓✓✓✓
ŞİMDİ OKUDUĞUN
Joanne
FantasyKral əlbəttə yoldaşını başa düşüb vəsilə olacağı əzab üçün, ona təsdiq hərəkətini başı ilə verib gülümsədi və yenicə tıxa-basa yemiş qoca, göbəkli kişilər kimi arxasına yaslanıb qadına baxdı. Qadın, bu hərəkətlə arxasına dönüb, diz üstünə çökən uşa...