Oyun oynadılar.Sonra zəng vuruldu və hərə öz evinə getdi.Evə gələn yolda Səmaya biri səsləndi və tez qırağa çəkib dedi:
-Salam,səhv etmirəmsə ** nömrəli məktəbdə oxuyursan.Məktəbdə sabah tədbir olacaq.Həmin tədbirə bir neçə silahlı adamlar gələcək.Hamını mühasirəyə alacaqlar.Bu dediyimi mümkünsə məktəb direktoru ilə danış.
- Nə əlaqə?Həmdəki siz kimsiz?Mən heç sizi tanımıram o ki qaldı sizin sözünüzə inanım?
- Mən mənə inan demirəm.Dediyimi tez bir şəkildə direktorla danış.
- Of siz Allah məzələnməyə adam tapmamısız deyəsən,o halda deyiləmki 5 saat burda dirəşim sizlə.Sağolun.
- Yaxşı.Sabah məktəbdə olanları görəcəksən.Ən başda sən ölməyin diləyi ilə.Sağol qız.
Səma vecləmədən yoluna davam etdi.Lakin bir an öz özünə fikirləşdi:
- A bəlkə həqiqətən belə bir şey olacaq?Xəstəsən Səma niyə belə bir şey olsun?Amma olada biləre..
Səma bunları fikirləşə fikirləşə cəld evə getdi.Bu olanları birinci anasına danışmaq istədi, ancaq əgər bu gerçək bir xəbər olmasa,Səma yalançı vəziyyətinə düşəcəkdi.Ona görə də birinci Nərgizə demək qərarına gəldi.Tez otağına keçdi və Nərgizə zəng elədi:
- Alo,Nərgiz söz deyirəme
- Hə nolub Səma,səsin çox qəribə gəlire
- Aa yolda biri məni saxlayıb dedi ki sabah məktəbdə tədbir keçiriləcək və həmin tədbirə silahlı bir neçə adam girəcək.Sonrasıda aydındı məncə deməyimə ehtiyac yoxdu..
- Yoxe ala ola bilməz,direktor icazə verməz.Həm belə bir xəbər varsa həmin adam hardan bilir belə bir şey olacaq?Məncə məktəb uşaqlarının elədiyi bir oyundu,boşver getsin.
- Off nə bilime a,birdən nəsə olsa..
- Gic gic danışma Səma heçnə olası deyil.
- Yaxşı,mən gedim acınnan ölürəm
- Səma bu xəbəri heçkimə demə birdə birdən səhv olar ,başına bəla alma.
- Hə yaxşı .Səma bütün günü bunu fikirləşdi,amma Nərgizdən başqa heçkimə demədi.
Səhər oldu.
Səma gecəni yata bilməmişdi.Fikirli bir şəkildə paltarlarını geyinib,yemək yeməyə getdi.Anası onun bu halını görcək soruşdu:
-Səndən nə əcəb tez durmusan?Gözlərin niyə şişib Ay Səma?
- Heç mama, gecəni dərslərim çox idi deyə yata bilməmişəm ona görə beləyəm."ölü kimi"
- Yaxşı,tez yeməyini ye get məktəbinə.
- Oldu mama.
Səma yeməyini yeyib,getdi məktəbə.Çıxdı bir baş sinfə tərəf.Nərgiz tez Səmanın yanına gəldi:
- Səma bugün tədbir vare,uşaqlar dedilər.
- Aydaaa,onda o xəbər düzdüdə.Tez gedib direktora deməliyik.Səma və Nərgiz direktorun otağına getdilər olanları danışdılar.Direktor dedi:
- Ay qızlar,gedin bu nömrələri özünüzə gəlin.Birdə belə bir yalanla gəlsəz otağıma,çıxardacam məktəbdən sizi! Həmdə bu tədbir məktəbin bütün uşaqları və müəllimləri arasında keçiriləcək.Kənar şəxslər olmayacaq.
- Müəllim amma..
- Çıxın otaqdan.
Qızlar otaqdan çıxdılar öz aralarında danışmağa başladılar:
- Bu direktorun başı gedibe,xəstənin biri xəstə
-Eh Səma sən 1 ,2 aydı burdasan biz 9 ildi.Bizi fikirləş hələ...
- Allah səbr versin hamımıza.4cü dərs gəlib çatdı.Uşaqları bir bir yığdılar akt zalına.Məktəbin bütün uşaqları ,müəllimlər ,zavuç və direktor da zalda idilər.
Tədbir başladı və....
ŞİMDİ OKUDUĞUN
Səma
Ficção AdolescenteSəma kiçik bir qəsəbədə yaşayır və bu müddət ərzində heçbir dostu olmur.Daha sonra ailəsi ilə birlikdə şəhərə köçürlər.Səma bu addım vasitəsilə özünə bir neçə dost tapır və bütün çətinlikləri birlikdə aşırlar.