1
Kiçik şəhərlərimizdə hələ də insanların səmimiliyi,mərdliyi və üzündəki gülüşləri qalıb.Burda da murdar insanlar var.Hansı ki,özlərini istəməsələr də,büruzə verirlər."Meşə çaqqalsız olmaz" deyirlər,amma deyəsən meşələri çaqqal idarə edir.Şəhərlərimiz böyüdükcə insanları kiçilməyə başlayıb.Həyatımızı reklamlar bürüyüb.Biz bizim kim olduğumuzu unutmağa başlamışıq.Keçmişdə ölülərin nələri varsa,öldükdən sonra tələsik götürüb gedirdilər.Çünki yoxluq idi.İndi isə insanlar dəyişiblər artıq mal varlığı yox mənəvi varlığı oğurlamağa çalışırlar.Hansı ki,onlar bizim yaşama səbəbimizdi.Torpaqdan yaranmış bir insan parça-parça yerə dağılmağa başlayır.Hər parçası bir ümid.Çox təəssüf ki,bunu edənlər bizim ən yaxınlarımız olur.Amma onlar fikirləşmirlər ki,bəzi insanların sahib olduğu tək şey ümidləridir.İnsanları bilmədən canlı-canlı məhv eləyirlər.Özümüz-özümüzə əziz və ağıllı görünürük,halbuki bəlkə də ən murdarı biz olmuşuq.Odur ki,eləməyəcəksiniz,amma çalışın insanların ümidlərini qırmayın.
YOU ARE READING
Qara yazılar
RandomBu yazılar hər nə qədər adından bəxbəxt kimi görünsə də,içərisində böyük fikirlər və gerçəkliklər yerləşir.