Qara Yazılar (16)

77 8 3
                                    

(16)

"Necəsən?" deyə soruşma
Mən biraz sən kimiyəm,
Biraz şıltaq,birazca yorğun,biraz da qəm kimiyəm.
Ətrini çəkdim sinəmə,
Birazca dəm kimiyəm.
Məni tərk etdiyin gündən,
Qırılmış bir budaq kimi,
Vaxtsız düşmüş yarpaq kimi,
Kimsəsiz bir uşaq kimi,
Saçsız qalmış daraq kimi.
Təklikdən üşüdüyün zaman,
Mən sənə qızğın bir qucaq,
Yerini yurdunu bilmədiyin yerdə,
Mən sənə vətən kimiyəm.
Eşitdim bir dərdin var,
Dərdinə məlhəm kimiyəm.
Gözlərinə bəbək kimi,
Saçlarına külək kimi,
Biraz getdiyin,
Biraz sevdiyin,
Biraz da tərk etdiyin kimiyəm.

Arada cəhd elə,
soruş özündən
Soruş ki,Necəsən?
Ürəyin necədir?
Gözlərin necə?
Nicaran deyiləm,sənin özündən
Mənə deyilməyən sözlərin necə?
(Vüsal Həsənli)

Qara yazılarWhere stories live. Discover now