Qara Yazılar (15)

114 9 2
                                    

                             15

Günəş batır,
Gecənin inqilabı,
Ürəyimə bir sən düşüb,
Yaramın iltihabı.
Dodaqlarını bilib,öpülməyi bilməyən,qadın,
Yalanlarla aldanıb,sevilməyi bilməyən,qadın,
Əlvidalar payla bütün otağa
Son kəs uzan yenə yalqız yatağa,
Taa ki,öz dəmini alınca,
Qalx ayağa kədərinə bürün gəl,
Günəşə işıq saçan gülüşünü götür gəl,
Bir ceyran tək,ürkək,baxışını götür gəl,
Özünlə bir kövrək ürəyini götür gəl,
Bahar qoxsun saçların,küləyini götür gəl,
Mənim kədər gözlüm,sırma saçlım,
Sən kədər ol,mən təpədən dırnağacan qəm olum,
Sən atəş ol,yandır məni,mən sənə bir şəm olum,
Sənsiz azadlıq da zindandır mənə,
Sən dəyişmə,heç bir kəsə bənzəmə,
Nəcəsənsə elə ol.
Mən sənə bir ay olum,sən ayazlı gecə ol,
Mən misrana söz olum,sən şeirimə hecə ol.
İndi sən olsan da,olmasan belə,
Tənha bir gecədə gəlsən də,gəlməsən belə,
Bir həqiqət var,bilirəm,
Sən gəlişi gözəlsən,
Ya mənimlə gələr,
Ya gedişinlə şeirimə dönərsən.

Qara yazılarWhere stories live. Discover now