Qara yazılar (18)

52 8 0
                                    

Zaman,səni sevmək vaxtıdır
Sanki sabah öləcəkmiş kimi
Ulduzlar sönmədən
Ölüb getmədən
Həyat bitmədən

Zaman eşqi səndə tapmaq vaxtıdır
Bütün cahanı heçə saymaq
Öz varlığını unutmaq
Cənnəti səninlə dadmaq vaxtıdır.

Zaman səni qucaqlamaq vaxtıdır,
Göydən yağış kimi kədər yağsa da belə,
Səninlə bir bütün olub,
Bu yağan kədərə çətir olmaq vaxtıdır.

Zaman əllərini tutmaq vaxtıdır
Eyni göy üzünün altında
Səninlə yan-yana olmaq
Eyni ulduzlara baxmaq,
Sakitcə sıxılıb sənə tərəf,
Bahar saxlarını qoxlamaq,
Sevgini qulağına pıçıldamaq vaxtıdır.

Qara yazılarWhere stories live. Discover now