12
Fikirləşirəm ki,qadın özü bir sənət əsəridir.Qadınları həmişə öz həmcinslərimdən üstün tutmuşam.Uşaqlığımdan bu belə olub,hələ də belədi.Burda nə qadınlara qarşı cinsi bir hiss,nə də başqa bir mənfəət güdmüşəm.Dostoyevski deyirdi ki,"Gülüşünə görə insanı tanımaq olar".Elə mən də qadınlar barədə belə düşünürəm.İlk baxışdan gözlərində parıltı gördüyüm,məndə xoş təəssürat yaradan insanları itirməməyə çalışıram.Hansı ki,bu insanlar çox az olub və bunu mütləq onlara demişəm.Hüseyn Cavidin -Peyğəmbər əsərini oxuyanda belə bir misra var idi ki,"Qadın gülərsə,şu ıssız mühitimiz güləcək,Sürüklənən bəşəriyyət qadınla yüksələcək".Bunlar mənim anlayışımla üst-üstə düşür.Yəni qısacası deyim ki,çöldə gördüyünüz adamların ən azı 90%indən fərqlidi qadına qarşı hörmətim və qadın anlayışım.Ama elə olur ki,bu üstünlüyü qadınlar özləri aşağı eləyirlər.Belə şeyləri yazmağı xoşlamıram,amma yazmalıyam.Ötən dəfə bir neçə video qarşıma çıxdı.Bakıya bir məhşur adam gəlmişdi.Qızlar adam bunlara baxsınlar deyə həqiqətən özlərindən çıxmışdılar.Dəhşətli dərəcədə mənfi mənzərə var idi.Belə görünürdü ki,insanlar həmin şəxsləri yüksəldib,ideallaşdırıb,bütləşdiriblər.Bütləşdirmə,sitayiş halına gətirilmə ən savadsız cəmiyyətlərdə mövcud olur.Həm də,o seriallarda,filmlərdə tanıdığınız gözəl söz deyən insanlar özləri öz təfəkkürlərindən demir o sözləri,onu yazan senarist olur.Şəxsiyyət baxımından da kimin necə olduğunu onunla yaşamamış bilmək olmur,nəyinki ekrandan baxıb biləsən.Dünyada hər fərd(panteizm kimi fəlsəfələri kənara atsaq) bir dəfə gəlir.Və hər bir insan çox dəyərli olmalıdır.Qısacası-əsas da qadınlar-siz özünüz başdan-başa bir sənətsiniz,başqa bir sənəti özünüzdən üstün tutmağın heç bir mənası yoxdur.
YOU ARE READING
Qara yazılar
RandomBu yazılar hər nə qədər adından bəxbəxt kimi görünsə də,içərisində böyük fikirlər və gerçəkliklər yerləşir.