11
Hərdən elə üşüyür adam.Lap dırnağından saçına kimi.Bilmir hara getsin,harda isinsin?Gedir otağı qızdırır.Otaq üşüdür.Gedir yorğanın altına girir.Yorğanın içində üşüyür adam.Nə eləsə,hara getsə,harda olursansa olsun o soyuqluğu dəyişmək mümkün olmur.Taa ki,o gözlənən biri tutub sımsıxı ovuclayana kimi əllərini.
İndi tutsun biri də məni,
Amansız bir güclə çəksin özünə,
Sıxıb qucaqlasın qoynunda,
İsitsin tənha qalmış əllərimi,
Bitməsin sevgisi dünya qalınca,
Bir ananın övladına sevgisi kimi.
Tənhayam boş qalan yataqlar kimi,
Kimsəsiz,yalqız adamlar kimi.
Getməyə yerim yox,dinməyə dilim yox,
Qalmışam ortada,
Müharibə meydanında körpə uşaqlar kimi.
YOU ARE READING
Qara yazılar
RandomBu yazılar hər nə qədər adından bəxbəxt kimi görünsə də,içərisində böyük fikirlər və gerçəkliklər yerləşir.