14
Əzizim,mən indi kədərin,təkliyin yollarındayam,
Yəqin ki,sən də bir gün öyrənəcəksən,
Kədərin yollarından keçməsən əgər,
Xoşbəxtliyi heç zaman tapa bilməzsən.
Ölüb getməkdən yox,
Yaşaya-yaşaya unudulmaqdan qorxuram.
Çiçək tək günəşə açmaq yerinə
Yarpaq tək budağımda qurudulmaqdan qorxuram.
Qorxuram ki,əllərin gedə,
o isti nəfəsin,gözlərin gedə,
Bir də onlara baxa bilmərəm.
Sevdiyim insanın səsini unutmaqdan qorxuram.
Qorxuram ki,sən gedəsən
Səndən qabaq sənsizlik gələ.
Buraxma əzizim,buraxma məni,
Hərkəs xoşbəxt olacaq deyə bir şey yoxdur ki,
Qoy,biz səninlə bədbəxt yaşıyaq.
Səndən arda bir-iki qırıntı sözlərin qalıb,
İnsanlar arasında seçilən insan,
Artıq sən də hamı olmusan,
Başqa bədənlərdə yaşayıb başqalaşmısan.
Heyf ki,tez gələn,elə gəldiyi kimi çıxıb tez gedir,
Ən gözəl gülüşlərin arxasında,ən böyük kədər gizlənir.
Mənim də zamanım gəlibdir indi,
Bağırtılarla gəlmişəm,səssiz gedirəm.
ŞİMDİ OKUDUĞUN
Qara yazılar
RastgeleBu yazılar hər nə qədər adından bəxbəxt kimi görünsə də,içərisində böyük fikirlər və gerçəkliklər yerləşir.