Qara Yazılar (20)

55 5 0
                                    

Sən çıxıb gedirsən ayım,günəşim
Məsafən qəm olur,uzaq başlayır.
Təbiət kədərə bürünür o an,
Bax bütün çiçəklər gözün yaşlayır.

Qayıt gözüm nuru,qayıt sən allah,
Sən getdin,elimdən aman çəkilmir,
Duman da meyl edib qalxıb dağlara,
Dağların başından duman çəkilmir.

Qayıt gül üzlüm,ürkək baxışlım,
Görüb gül gülüşünü çiçəklər açsın
Bahar saçlarına dəyən küləklər
Qoy uzaq yerlərə həyatla bircə
Cənnət qoxundan xəbər aparsın.

O büllür gözündən məhrum eyləmə,
Qoy saf duyğularla alıb götürsün
Göydən işığın salan ulduzlar
Baxıb parıltına köksün ötürsün.

Qayıt mənim arzum,mənim diləyim,
Yanında inan ki,hər şey özəldi.
Qayıt bülbültək qəfəsdə çırpan ürəyim,
Səninlə həsrət də,qəm də gözəldi.

Qara yazılarWhere stories live. Discover now