Qara Yazılar (10)

109 14 12
                                    

10

Bu günə kimi həyata milyonlarla insan gəlib,milyardla insan hələ də var,hansı ki,onların da bizim kimi öz arzuları və ümidləri olub.Bizdən böyük yaşadığımız dünya ondan böyük yüzlərlə qalaksilər,yüzlərlə samanyolular və heç bilmirəm nə qədərsə nələr var.Biz bunların arasında bir heçə bərabərik.Ölümümüzlə qalmağımız insanlar üçün çox da fərq eləmir əslinə.Albert Camusun da dediyi kimi,"hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək".Biz getsək də,bizim yerimizə biriləri mütləq seviləcək,ya da elə sevilməlidir.İnsan bütün ümidlərini insana bağlamamalıdır.Biri yoxdursa,mütləq başqası var.Sadecə biz özümüzü başqaları yoxmuş kimi aparırıq.Bəzilərimiz kariyera qurmaqla,bəzilərimiz ailə qurub uşaq böyütməklə və s.lərlə həyata tutunmağa çalışırıq.Yaşamağın sizin üçün nələr ifadə elədiyini deyə bilmərəm,ama mənim üçün çox da böyük bir şey ifadə eləmir.Artıq neçə ildir ki,olanları olduqca normal qəbul eləməyə öyrəşmişəm.Bir-bir sadalamağa ehtiyac görmürəm həyat haqqında görüşlərimi.çalışıram ki,burda reallıqda danışım.Burda isə mənfi bir şey ola bilməz.Ola bilər ki,kimlərsə reallığı mənfi kimi qəbul eləyə bilər,ama nəzərə almaq lazımdır ki,bizə mənfi gələn reallıqların müsbət tərəfləri və ümumi müsbət reallıqlar da var.Mən sadecə bunu demək istəyirəm ki,əgər bu absurd və mənasızlığını dərk elədiyimiz həyatda kimsə sizə dəyər verirsə,sizin üçün bir şeylər eləməyə çalışırsa,o insanların qədrini bilin və çalışın ki,onları heç vaxt itirməyəsiz.

Qara yazılarWhere stories live. Discover now