6
+Ata mənə komputer alarsan?
-Hə...Gələn ay alarıq.
Gələn aylar gəlir və komputer ala bilmir və biz öz valideynlərimizə "yalançı" deyirik.Əslində istədiklərimizə "Hə" deməklərinin yeganə səbəbi yoxluğu bildirmək istəmədiklərindəndir.Həyatda heç bir şeyin yoxluğu,bizim valideynlərimizin varlığından üstün ola bilməz.Çünki onlar öz həyatlarının sevinclərini,vaxtlarını bizim üçün xərcləyib,öz xoşbəxtliklərini,arzularını bizə qurban verirlər.Biz onların bizim üçün etdikləri şeyləri borc kimi yox,lütf kimi görməliyik.Ancaq onda öz valideynlərimizi daha yaxşı başa düşər,onlardan daha az şey istəyib onları daha çox sevə bilərik.Odur ki,valideynlərimizin qədrini bilək.Və gələcəkdə öz uşaqlarımızın qarşısında aciz olmayaq.
YOU ARE READING
Qara yazılar
RandomBu yazılar hər nə qədər adından bəxbəxt kimi görünsə də,içərisində böyük fikirlər və gerçəkliklər yerləşir.