Qara Yazılar (19)

41 5 1
                                    

   Bizim insanların elm,irfan səviyyələri rasional qərar alma qabiliyyətləri çox aşağı olduğundan onlar "romantizm" və onun eyforiyasını yaşayırlar.Adətən cahil,qafil adlandıra biləcəyimiz insanları da sevmə səbəbləri bundan qaynaqlanır.Təəssüf ki,mənə elə gəlir cəmiyyətimizin bəlkə də 95%i bu və bunun kimi digər xəstəliklərdən əziyyət çəkirlər.Bu "romantizm"i xəstəlik adlandırıram,ona görə ki,çox zamanlar bunun fəsadları əmələ gəlir.Bir filosofun "Məcnundan ər olmaz.Bir sözləşməni ağıl qoruyar,eşq deyil." sözlərindən örnək götürürəm və bildirmək istəyirəm ki,bizim cəmiyyətin Leyla ilə Məcnun,Fərhad və Şirin kimi eşqləri sevməyinin əsas səbəbi xalqımızın əsasən "dəlilik" sevməyidi.Yəni,heç kim Məcnunun ya da Fərhadın necə ər olacağını fikirləşmir və biz Məcnunun səhralarda gəzməyini,Fərhadın dağ dəlməyini sevirik.Belə hərəkətlər də ağıllı insanın görəcəyi iş deyil.Ona görə də,(adətən ağıllı qərar ala bilən insanları çıxıram)gənclərin böyük hissəsi "sevib evlənirəm" dediyi insanlarla bədbəxt şəkildə yaşayırlar,ya da tezliklə boşanırlar.Çünki rasional qərar ala bilən insanları yox,həmin o dəliliyi sevən,məsələnin sonunu fikirləşməyən insanları sevirlər.Hansı ki,onların da çox böyüyü ümumiyyətlə münasibətdə tək hökmranlıq eləmək istəyən insanlar olurlar.Uzun-uzun izah eləməyi ehtiyac görmürəm.Ümumiyyətlə çalışın sevməkdə,evlilikdə və başqa şeylərdə reallıqları qəbul eləyib elə qərar alın.Bir insanın həqiqitən sizə uyğun olub-olmamasını fikirləşin,daha sonra istədiyiniz qədər romantizm yaşayın,amma ilk öncə reallıqları və rasionallığı unutmayın.

Qara yazılarWhere stories live. Discover now