17
Hərəmiz bir qəfəsyədəyik,
Çırpınırıq uçmaqçün,
Vurnuxuruq qaçmaqçün,
Kiçik bir sərçə kimi
Azadlığa çatmaqçün.
Bu qəfəsin adı yox,
Nə dəmiri,nə dadı yox,
Qollarımızı sıxıb saxlayan
Qabar qandalları yox.
Hərəmiz bir cürə məhkumuq,
Məhkumluğun onlarla adı var,
Biri sevgi deyir buna,
Biri kədər,
Biri ölüm.
Hərəmiz bir şeyə məcburuq,
Birimiz gücə,
Birimiz sevgiyə,
Birimiz azadlığa.
Özümüz öz pusğumuzda
Gözləyirik özümüzü,
Öz ovunu gözləyən
Pusğuda bir çaqqal tək.
Tuturuq özümüzü,
Parçalayıb yeyirik.
Bu yediyimiz-
Nə ət deyil,
nə bir parça çörək deyil,
Bu yediyimiz,
Ümiddir,arzudur,xəyaldır,
Yeyə-yeyə bitirdiyimiz
Qısaca bir həyatdır.
Bilmirik nə eləyək,
Necə qaçaq bu qəfəsdən,
Bu qəfəsdən qaçmağın bir yolu yox,
Bu qəfəs də,bu kədər də özümüzük,
Biz bizə məhkumuq,
Bir qəfəslə doğulub,bir qəfəslə ölürük.
YOU ARE READING
Qara yazılar
RandomBu yazılar hər nə qədər adından bəxbəxt kimi görünsə də,içərisində böyük fikirlər və gerçəkliklər yerləşir.