Bu qədər gözəl gülmə aman...
Xəbərin yoxdur ki,sən gülən zaman,
Nəfəs almağı da unuduram mən.
Heç bilirsənmi ki hər gəlişində,
Dünyaya yenidən doğuluram mən.
Bu qədər gözəl gülmə aman...
Baxarsan,gedəsim gələr bir zaman,
Keçmişə bir cızıq atmaq istərəm.
Amma inanmıram bu cür gülüşü,
Özgə bir çöhrədə tapa bilərəm.
Bu qədər gözəl gülmə aman...
Bir gün sıxılıb da getdiyin zaman,
Axtararam səni,görmək istərəm.
Qorxuram varlığına öyrəşəm tamam,
Yoxluğun ağır gələr dözə bilmərəm...