Elə bil, hardasa görmüşəm səni,
Bu baxış, bu gözlər mənə tanışdı.
Elə bil, bir dəfə sevmişəm səni,
Sinənin altdakı ürək tanışdı.Sən sanki yuxusan; gördüm, oyandım,
Bu yuxu hardansa mənə tanışdı.
Bəlkə də xəyalsan; qurdum, aldandım,
Bu aldanışlarım mənə tanışdı.Bəlkə də bir əziz xatirəsən sən,
Tozlu keçmişimdən qopub gəlmisən.
Ya bəlkə uşaqlıq dostumsan mənim,
Ən günahsız vaxtlarımdan gəlmisən?...