Bu gün,o gün...
İki damla göz yaşı,
Bir damla hüzün...
Yox,ağlamıram iki gözüm...
Xatırladınmı?
Bu gün,o gün,
O,tərk etdiyin gün...
Yoxdur sənə özgə sözüm.
Sadəcə bil,
Yollarında qalıb gözüm...
Nə taqət,nə əvvəlki cəsarət,
Qalmayıb daha dözüm...
Gəlməyəcəksənsə,
Gözləməyim əzizim...
Xatırladınmı?
Bu gün,o gün,
O,tərk etdiyin gün...