2

466 36 13
                                    

◆◇◆

Uzun illərdən sonra hiss etdiyim və gözlərimin yaşarmasına səbəb olan hiss, ayaq basdığım torpaqdan bədənimə yayılan doğmalıq hissi idi. Ancaq, uşaqlığımın hər xatirəsinə şahid olan bu küçə, indi mənə özgə gəlirdi elə bil,digər tərəfdən isə heç olmadığı qədər doğma...

Hər qapı önündən keçdikcə bir xatirəm canlanırdı sanki gözümün önündə. Hər döngəsi, hər tini uşaqlığımın ən şirin günlərinə şahid olan bu küçə indi unudulmuş bir xarabalığı xatırladırdı. Xatirimdə qalan o rəngarəng, hər künc bucağında uşaqların ordan ora qaçdığı küçədən əsər qalmamışdı.

Əslində, küçə həmin küçəydi... Həçnə dəyişməmişdi.
Ancaq, indi bu küçədə nə ordan ora uşaqlar qaçışırdı, nə də insanlar bir birinə doğmalıq edirdi.

Xatirələr idi insanı kövrəldən, yoxsa gedənlərin birdə qayıtmayacaq olmasını bilmək?...

Hərdən düşünəndə ki,neçə doğmamızı itirmişik, nə xoşbəxt günlərimizi geridə qoymuşuq onda insanın nəfəsi daralır sanki.
Boğazına elə bir yumru oturur ki, nə udquna bilirsən, nə də ağlayıb ürəyini boşaltmağa birini tapırsan yanında.

Biz itirmişik... Tekce doğmalarımızı yox, biz xoşbəxtliyimizi itirmişik. Gülən gözlərimizi, heç bir dərdimiz olmadan yuxuya getdiyimiz günlərimizi itirmişik.

Nə idi bizim dərdimiz onda?... Sabah nə oyun oynayacağımızı bilməmək, yoxsa anamızdan gizlətdiyimiz kiçicik bir yalanın ortaya çıxmasından qorxmaq?...
Indi qorxularımız da dəyişib. Özümüzlə birlikdə dərdlərimiz də böyüyüb sanki. Çırpınmaqdan qorxuruq, daha çox dibə batarıq deyə. Qanadlarımızı çırpıb uçmaqdan qorxuruq, düşərik deyə. Xoş günlərə tərəf qaçmaqdan qorxuruq, yıxılarıq, əlimizdən tutub ayağa qaldıranımız olmaz deyə.

Əslində biz itirməkdən qorxuruq. Ən sonunda da yalnız qalmaqdan qorxuruq...

"Xatirə Dəftərim..."Où les histoires vivent. Découvrez maintenant