Əgər mən min parçalıq bir puzzle idimsə, sən itirdiyim son parçam idin.
Tamamlanmaq üçün sənə ehtiyacım var idi..
Əgər sən yağış idinsə, mən səhralıqda bir qum dənəsi idim.
Sənin damlalarınla islanmağa ehtiyacım var idi..
Və əgər uğruna göz yaşları tökülən sən idinsə, həsrətini çəkən mən idim.
Sənə qovuşmağa ehtiyacım var idi..
Mən hələ də tamamlanmamışam.
Sənin bir damlanla hələ də islanmamışam.
Çünki, mən hələ də sənə qovuşmamışam..