Getdin xəbərsiz,düşünmədin heç,
Arxanda ağlayan bir cüt göz qaldı.
Səndən və bu eşqdən geridə ancaq,
Quruca sözlərin xatirə qaldı.Gedərkən bir kərə düşündünmü ki?
Sənsiz nə edərəm,necə yaşaram?
Hərdən ağlayanda xatirələri,
Kiminlə bölüşüb,kimlə ağlaram?Hərdən söz açardın gələcəyimizdən,
Nələr danışardın,nələr deyərdin.
Hərdən ağlayanda göz yaşlarımı,
Soyuq əllərinlə özün silərdin...