-Ağrılar əbədi deyildir, cənab.
-Bu barədə sizinlə mübahisə etmək istəmirəm.
-Çünki, haqsız olduğunuzu sizdə bilirsiniz.
-Yaxşı, onda deyin görüm, nə vaxt keçəcək bu ağrı? Xilas ola biləcəmmi bu lənətə gəlmiş əzabdan..?
-Buna siz qərar verməlisiniz. Əgər istəsəz, hər şeyin çarəsi tapılar, inanın mənə.
-Bunlar hamısı cəfəngiyyatdı. Nə çəkdiyimi mən bilirəm. Və, yaraların istəməklə sağalmayacağını da qavrayacaq yaşdayam.
-Sizə baxarkən nə görürəm, bilirsiz..? Siz soruşmadan mən deyim.. Özümü. Bir neçə ay əvvəlki məni görürəm. Həyatın bütün rənglərinin silinmiş, qapqara bir boşluqda hiss etdiyim günlərimi xatırladırsız mənə. Gözlərinizdəki baxışlar, eynilə o məni canlandırır gözümdə. Aynalara da küsmüsüz,düzdü..? Yeməkdən içməkdən kəsilib, qəmli notlara sığınırsız. Sadəcə o'nun sizin üçün yaxşısı olduğunu düşünürsüz. Sevincinizi, xoşbəxtliyinizi bağlı qutulara həbs edib, özünüzün belə çətinliklə tapacağı yerlərə gizlətmisiniz. Sizin fikrinizcə, birdə heçnə əvvəlki kimi olmayacaq. Amma, nə var bilirsiz..? Elə bir düzəlir ki, hər şey. Siz belə inanmaqda çətinlik çəkirsiz. Hər şey, o qədər əvvəlki halına qayıdır ki, bu günləriniz sizə yuxu kimi gəlir. Eynilə, deyildiyi kimi, ağlınıza gələndə gülüb keçirsiz. Mənə baxın. Yaxşı yaxşı baxın. Nə görürsüz? Onu da mən deyim, istəyirsiz. Bir neçə ay sonrakı sizi. Yəqin ki, o vaxtlarda daha məni görməyəcəksiz. Amma, sizdən bir xahişim var. Nə vaxt ki, aynalarla olan mübahisəniz bitmiş olar. Bax onda, o aynalardan birinə kiçik bir təbəssüm hədiyyə edin. Mənim üçün. Və, yadınızda saxlayın ki, nə vaxt ki, arxaya dönüb baxarkən təbəssüm edirsiz, bax onda böyümüş sayılırsız..***
25.01.2016İnstagram; nebiyeva_cicek