◆◇◆
Sevəcəksənsə əgər, anam kimi sev məni.
Ən az onun qədər qayğılı, doğma.
Bircə baxışımla dərdimi anla.
Gəl sığal çək üzümə, saçlarıma.
Gülümsə ki, unutdur kədərimi.
Anam kimi sev məni..
Hüdudsuz..Sevəcəksənsə əgər, atam kimi sev məni.
Özün öyrət mənə güclü olmağı,
Yıxılanda, yorulmadan qalxmağı,
Ağlasam da, gülməyi bacarmağı,
Böyük ürəyinə sığdır qəlbimi.
Atam kimi sev məni..
Sərhədsiz..Sevəcəksənsə əgər, bacım kimi sev məni..
Arabir küsəndə, barışanda da,
Qəhqəhələrdə də, göz yaşım da da.
Ən çətin günümdə, xoşbəxt anımda,
Bərk- bərk tut, buraxma əllərimi.
Bacım kimi sev məni..
Yalansız..Sevəcəksənsə əgər, qardaşım kimi sev məni.
İncinsəm də arabir sözlərindən,
Qorunsam da qəzəbli gözlərindən,
Mən bilirəm, bildiyimi bilirsən
Məni hər bir kəsdən çox sevdiyini.
Qardaşım kimi sev məni.
Şübhəsiz...Sevəcəksənsə əgər, bir dost kimi sev məni.
Hər zaman birlikdə, zarafatlarla,
Əziz xatirələr, yaxşılıqlarla.
Çəkinmədən, qüvvətli bir inamla
Sənlə bölüm kədərimi, sirrimi.
Bir dost kimi sev məni.
Səhvsiz..Sevəcəksənsə əgər, ruhunla sev məni..
Sonsuz..◆◇◆
21.04.2016
Çiçək Nəbiyeva