Yalnış yox, doğrusu Yanlış olacaq!

245 31 2
                                    


Mən gələcəyin redaktoru olma yolunda irəliləyirəm. Bunun üçün sadəcə bu qarşımda dayanan sonuncu kursu bitirməyim kifayətdir. Sonra qarşımda məni upuzun təcrübə dolu redaktorluq fəaliyyəti gözləyir. Birinci kursdan bəri mənə öyrədilən şeyi unutmaram "redaktor ensiklopedik biliyə malik şəxsiyyətdir! ". Yəni redaktorun bütün sahələrdən xəbəri olmalıdır. Bunun məqsədində isə bizə ağlınıza gələn bütün o elm sahələri üzrə dərs keçirilmişdi. Bizim iş qarışıq sistem üzərinə quruludur. Qısacası məcburiyyət deyək buna. Başqa ixtisaslar bizim yanımızda "toya getməlikdir". Məsələn, fizika fakültəsində oxuyan tələbələrə fizikaya dair olan bütün fənlər tədris olunur. Lakin bizdə belə deyil: bütün sahələr öyrənilməlidir.
Indi siz deyə bilərsiniz ki, bu qız nədən bəhs etməyə çalışır, məqsədi nədir belə?! Əslində elə də ciddi bir məqsədim yoxdur. Sadəcə olaraq sizlərə bəzi sözlərin düzgün yazılışını öyrətmək istəyirəm. Hekayə yazarkən bu sözlərdən çox istifadə olunur, lakin bəzən səhv yazılışlar olur. Bu səhvlikləri aradan qaldırmaqdır məqsədim.
Buyurun bu qarışıq sözlər aşağıdakılardır:

-heyifsilənmək;
-nəsə/ nə isə(ikisi də düzgündür, "nəysə" sözü yoxdur) ;
-yanlış
-yalnız
-mane olmaq;
-maneə;
-nevr;
-nikah/nikahdankənar (nigah ayrı şeydir) ;
-odekolon;
-orda/orada;
-burda/burada;
-orijinal; :
-ortabablıq;
-ovurd;
-öləzimə;
-plagiat; -
-pozitivlik;
-revmatizm;
-rəhmdil;
-saathesabı;
-sadəlövh;
-salfet;
-səbir/səbirsizlik;
-sərfolma;
-sımsıq(türklərin sımsıkı sözü);
-sinxronik;
-sitat;
-slaydfilm;
-spazma;
-sviter;
-şayiə;
-şifr/şifrləmək (şifrə bilirdim məndə) ;
-şlyapa;
-tale
-taraş;
-təəccüb
-təngnəfəs;
-treyler;
-vazelin;
-layihə;
-qarasevda;
-kirpik;
-kefsizlik
-keçənilki;
- iştaha;
-nidalar, yamsılamalar siz necə məsləhət görsəniz o doğrudur. Narahat olmayın heç cür səhv yazmarsınız:)
və sair və ilaxır...
Onu da qeyd edim ki, bu yalnız öz düşündüklərimin əksidir. Mən yalnızca düzəltmələr etdim. Kim nümunə kimi götürər, Kim sayqı və hörmətlə yanaşar və ya yanaşmaz bu onun öz işidir.
Ümid edirəm ki, az da olsa sizə köməyim dəymişdir. (Çox sözü yazmadım, unutduğum sözlərdə oldu. )
Xoş oxumalar(keyifli oxumalar yazacaqdım, amma düzgünü kefli oxumalardı. Bu da ürəyima yatmadı düzü. Bu ifadə daha gözəl çıxdı məncə)
#lady

Sadəcə bir neçə sözDonde viven las historias. Descúbrelo ahora