sevərsən/sevməzsən

101 9 4
                                    

Bir qələm alsam əlimə. Düşünsəm ,düşünsəmmm... Nə yazsam deyə. Asan deyil ağ vərəqi qaralamaq. Amma insanlar bəzən qələmdən daha riyakar ola bilirlər. Ağ kağız kimi bomboş olan qəlbi mürəkkəbi bulayan qələmlə məhv etməyi sevənlər var. Bəli,bəli!

Düşün, bir insan sevərsən. Ona bağlanıb ,onu özün edərsən. Atdığı baxışları boş verin, nəfəsini sevərsən. Sevərsən... Sevərsən... Və üzülərsən.

Eyni şəhərdə qalarkən heç qarşılaşmamaq nədir, bilirsən heç?! Talehin ağır oyunumu, yoxsa nə?!

Ağır-ağır yumursan gözlərini... Ah o gözlər...

Yuxunu sevməzsən ,içində həsrət gördüyün üçün.

Gecəni sevməzsən bir "Gecən xeyrə" sözün eşitmədiyin üçün. Sanki o söz olmasa gecəmiz xeyirə çıxmazmış deyə düşüncələr gerçək oldu. Həqiqətəndə xeyirə çıxmırmış. Heyf!

Gülüşü sevməzsən , təbəssümündə itdiyini xatırlatdığın üçün.

Səhəri sevməzsən , "sabahın xeyir"lə aydınlanmadığı üçün.

Əslində sevməməli səbəblərimiz bu qədər çox ikən nəyə görə sevgiylə qala bilirik?!

Düşünmək bu qədər ağır olmasın! Çünki biz O'nu(c.c.) sevirik. Nə qədər ağır dərdlər görsək də, ümidimiz bitsə də O(c.c.) daim çıxış yolu göstərər bizə. Çünki bəzən bizi elə insanlarla rastlaşdırır ki, halına baxıb şükür edirsən. Sən ha düşün məndən betəri yoxdur. Düşünməyində qal. O (c.c.) işini bilir.

Şükür olsun Yaradana!

#lady

Sadəcə bir neçə sözDonde viven las historias. Descúbrelo ahora