Məsələn...

21 1 0
                                    

... Mənə bir az  özündən danış, keçmişindən, indindən, gələcəyindən...

Dinləmək istərdim səni, ömrümün mənə bəxş etdiyi hər cür imkanlardan yararlanmaq istərdim, səni tanımaq istərdim... Ən azından tanımağa cəhd edərdim heç olmasa. Bunun üçün mənə bir az özündən danış. Nə sevərsən, nə geyərsən, nə içərsən, nə yeyərsən... Mənə bir az qorxularından danış. Çünki, qorxular insanı tarazlayan, etməməli olduqları şeylərdən uzaq tutan, amma bir o qədər də həyata dörd əllə bağlanmasına səbəb olanıdır. Qorxular səni sən edəndir. 

Sevdiyin mahnılardan danış, bilmək istərdim nələrdir səni özündə alan uzaqlara aparan.

Bilirsən, hazırda The Half - sevdim mahnısını dinləyərək bunu yazıram.

Uzun zamandır yazmadığımın fərqindəyəm, amma nə edim, iş-güc...

Hər sözümü uzadıb, hər cümləmi o qədər üçnöqtə ilə bitirmək isəyirəm ki, bax bunu bilmərsən.

Alınmır, əvvəlki Ladydən əsər-əlamət yoxdur. Həvəssiz və vecsizəm. O qədər eşqlə dinləyə bilmirəm, müşahidə qabiliyyətimi itirmişəm, düşünmək istəyirəm, amma xəyallarım beynimi ələ keçirib. Bəli, əslində söhbətimin əvvəlində tanımaq istədiyim unutduğum və uzun müddət ortalıqlarda olmayan "mən" idim . Özümü unutmuşam bu həyatın axarında, dinlədiyim mahnılara dönüb bir də qulaq verəndə"bu mənim hansı anıma tuş gəlib axı" deyə suallarla üz-üzə gəlirəm, məsələn...

Bitirməli olduğum söhbətlərin sonluğuna üçnöqtə qoyar oldum. İnan çətindi, amma bir o qədər də asandı. sadəcə istəsəm kifayətdi əvvəlki ladyə dönmək üçün.

Məsələn, unutmuşam, ən sevdiyim mahnı hansı idi, sevdiyim rəng, ölüb bitdiyim müğənni, xəyallara daldıran xatirəmi belə yada sala bilmirəm. Problemimə çıxış yolu istəyirəm. 

Ağzım isti yerdədi bilirsən?! Sən soruşmadan mən deyim sənə, heç bir şey yoxdu , sadəcə nə bilim əşi...

Məgər bir insan özünü tapmaq üçün səbəb axtarmalıdır ki?! Səbəbsiz olan gözəlliklər həyatımızda özəldir...

Məsələn , bir az dincəlmək istəyirəm, amma hər kəsdən və hər şeydən uzaqda , yanımda bir sən ol, əziz dostum, kifayətdir.


Sevgiylə qalın, Lady...


(yenə və yenidən üçnöqtələrlə qarşınızdayam)


Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Apr 03, 2020 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

Sadəcə bir neçə sözOnde histórias criam vida. Descubra agora