İçinə bəhməz

40 1 0
                                    




Ah...

Güya Lady qayıdırdı, dərd qayıtdı. Gözləyin indi gəlir...

Yenə üç nöqtələrlə dolu Ladylə qarşı-qarşıyasınız. Alqışları eşidən kimi gələcəm(dedi və gəlmədi).

Sadəcə bir neçə söz deyib gedəcəm , söz verirəm(ya da vermirəm. Ladyə çox da güvənməyin. Çənəm düşüb mənim, təsdiq kağızım da var. yhaaaa).

Nəsə deyirdim yenə unutdum, içinə bəhməz .

Məni sizlər qudurtdunuz, amaaannn var etdiniz idi ooo... Upss!!

Ürəyim sıxılanda bura çox müraciət edər oldum. Əslində gəlişimi elə də çox hiss etməyə bilərsiniz, çünki ruh kimi gəlib gedirəm və çox vaxt Şaxta baba kimi sadəcə axşamlar gəlirəm. Uuuu... Bayquş dediyinizi eşidirəm, içiniz piiisssss (Koriş demiş).

Hazırda əlimə fürsət düşdüyündən gəlib sizlərə baş çəkmək istədim. Kim harda, nə edir temalarını çürüdəcəm. Edim, ya etməyim???

Moşu demiş "Xoşvaxlıxxxxxx", nöüüü. Nə xoşbəxtliyi, xoşbəxtlik bizdən uzaqdı, ya da kor olmuşuq , şair! Xoşbəxtlik bizi görür , amma bizim fikrimiz işə-gücə qarışıb, kor gözlərimiz görmür. Nə dedim aaa?!

Noyabr ayıdır, payızın sonuncu ayı. Yağışlar artıq pıt-pıt yağmağa başlayır. Payız bəlkə də yaradıcılıq üçün çox gözəl bir fəsildir. Biz bunu ideal olaraq dəyişdirək.

Diqqətlə baxsan , bir faktı aydın görmüş olarsan.

Yağış belə humanist deyil, can. Müdafiə olunmayanı necə amansızcasına isladır?! İslatsın e, ona söz yoxdur, amma ruhu təmizləyə bilmirsə, neylərəm o islanmağı?! Bu cavabsız sualdı. Çox da şey eləməyək.

Söz yığını ilə baş şişirdirəm.

Noyabr ayı bəlkə də möhtəşəm bir sevginin başlanğıc ayıdır. Ən gözəl sevgilər bəlkə də istiliyə ən çox da ehtiyac duyduğunuz anda başlayar. Bunu indi özüm uydurdum(linç etməyin məniii).

Bəzi insanlar gözəl sevməsə belə, özəl sevirlər. Və bu sevginin özəlliyini hiss etdirməyi bilirlər.

Siz siz olun, bu özəlliyin dəyərini bilin. Sizə özəl hiss etdirən insanın qəlbini qırmayın. Çünki, özəl sevənlər sadəcə bir dəfə sevə bilirlər. Digərlərini sadəcə yola verirlər.

Amma bir insanın da qəlbi mənim kimi daşdan olarsa , təbii ki, bu sevgini qızıl sinidə belə uzatsan ona xeyir etməz.

Dediyim kimi...

Personajları çox ola bilər, amma bu həyat hekayəsi mənimdir. İstədiyimi əlavə edə, istəmədiyimi çıxardaram. Hansısa personaj qaldığı yerdən məmnun deyilsə, fəsil sonunda öldürüb yeni fəsildə könlümə xoş birisini gətirə bilərəm.

Seçimlər, zövqlər və rənglər müxtəlifdir.

Yetər ki, bu müxtəlifliyi həyatın sənə ayrılan vaxtına uyarlaya biləsən.

Həyat qısadı , canlar. bu qısa həyatda sizi istəməyənin yanında qalmaqda israrcı olmayın.



Sevgimlə qalın, Lady!

Sadəcə bir neçə sözOù les histoires vivent. Découvrez maintenant