Bilmərsən

114 13 0
                                    

O yada düşüncə gözlərin dolmaq nədir bilmərsən.
Hər kəsin könlü xoş olsun deyə gülüb qıraqda ağlamaq nədir bilmərsən.
Ürəyində bir o varkən yeni səhifə açmağın ağırlığı altında əzilmək necə şeydi bilmərsən.
Külək ətrini ciyərlərinə dolduran zaman ətrafına onu axtrarcasına baxmağı bilmərsən.
Eyni şəhərdə qalıbda heç qarşılaşmamaq nədir bilmərsən.
Qəlbin cismən sağlam görünübdə mənən darmadağın olduğunu bilmərsən.
Adını kimsə çağıranda boylanıb baxmağın acizliyini bilmərsən.
Bəlkə görərəm deyib onun gəzdiyi mühitdən keçərkən görə bilməmənin məyusluğunun dadını bilmərsən.
Gələcəyə addım atmaq varkən keçmişə ilişib qalmanın axmaqlığını bilmərsən.

Bilmərsən. Sevərkən ayrı düşməyi.

Bilmərsən. O yoxkən yaşamağa "çalışdığını".

Bilmərsən. Dəfələrlə keçmişə qayıtmaq istəsəndə geri dönə bilməmənin içində qopardan fəryadlarını.

Bilmərsən. Ehh. Heç bilmə də.

Bəzən bilməmək yaxşıdır...
Nə qədər çox bilməmək, o qədər az baş ağrısı.

#lady

(Media'a qulaq asın)

Sadəcə bir neçə sözDonde viven las historias. Descúbrelo ahora