Tərslik Damarı

87 10 5
                                    

Bu zamana qədər etdiklərinin cəriməsini özüm ödəmişəm,  haqq-hesabı özümə vermişəm. Səbəb isə heç kimin mənə sözünü keçirdə bilməməsidir. Hər nə etmişəmsə öz ağlımla etmişəm,  səhvlərim də dolayısıyla öz seçimlərim ucbatından baş verib. Məsləhət alaram,  lakin sonda öz bildiyimi edərəm.  Zorla mənə heç nə bəyəndirmək və ya qəbul etdirmək mümkün deyil.  Nəsə ağlıma batmasa edən deyiləm. Həyatda önəmli qərarları ailəm yox mən verirəm, çünki nəsə uğursuzluğa düçar olsam ailəmi günahlandırmaqdan qorxaram.  Çox ciddi qəlb qırma kimi bir bacarığa malik bir insanam.
Tərslik qanımda var.  Sözü deyilənin tərsini edirəm, məsələn "etmə" deyilsə edirəm,  "et" deyilsə etmirəm. Yaşım olmuş 22,lakin bu xüsusiyyətimi ailəm hələ də anlamış deyil. 
Səhv bir şeyi mənə başa salınsa belə ziddinə gedə bilirəm.  Taaaakiii səhv olduğunu anlayana qədər.  Bir şeydən yalnız onda uğursuz nəticə əldə etdikdən sonra əl çəkirəm və bir daha ona yaxın durmaram.

Səhvsiz insan yoxdur! Sadəcə bu səhvlərdən dərs çıxarmağı bilin o qədər!

#lady #stories

Qeyd: media media mediaaaaa...

Sadəcə bir neçə sözOnde histórias criam vida. Descubra agora