Özüm

116 17 8
                                    

Bir qadın ağlayırdı. Dayanmadan
Soruşdum "Nəyin var? " deyə...
Cavab verdi"Getdi" deyə
Soruşum "kim getdi axı? "...
O isə cavab verdi sadəcə iç çəkə -çəkə:
Gəncliyim getdi , quzum.
Gələcəyim getdi.
Uşaqlığım getdi.
Məhəbbətim getdi.
Həyatım getdi.
Həyatıma qatdıqlarım getdi...

Ağlayırdı qadın hələ də. Nə söyləsən kifayətsizmiş kimi görünürdü.
Yaxınlaşdım ona soruşdum təkrar
"Bəs ağlayanda keçəcəkmi acıların? Qayıdacaqmı itirdiklərin? " deyə.
Gözlərini sildi. Ve mənası olmayan bi baxışla baxmağa başladı gözlərimə.
"Bilsəm ki, göz yaşım hər şeyi əvvəlki kimi edəcək tökərdim, dayanmadan, usanmadan. Amma mən öz halıma ağlayıram. Gedənlərə deyil..."

Yenə ağlı qarışıq mən ilə üzbəüz qalmışdım. "Necə yəni? " deyə sadəcə sırf marağımdan soruşdum. Soruşmaz olaydım.
Çiyinlərini dikləşdirdi. Oturduğu yerdən qalxıb üst-başını təmizlədi. "Bilirsən necədi, quzum... Bu həyatda insan bilirsənmi niyə daim səhvlər edir? Çünki özü qaşınır. Qısa və konkret... Insan özü özünün düşmənidir. Özünü özündən başqa heç kim incitmir əslində. Incidədə bilməz. Inciniriksə, deməli bunun səbəbkarı özümüzük. Yanlış insanları həyatımıza daxil etdiyimizdən incinirik. Qəlbimiz qırılır. Yanlış qərarlardır evimizi yıxan. Məndə də bir az ondan, bir az bundan, ümumiyyətlə etdiklərim... Bugün burda ağlamağımın səbəbi isə illərdir dolmağım olub. Boşalmağa fürsət gözləyirmişəm"deyə mənimlə başladı söhbət etməyə. "Axı biz nə bilək , o insan doğrudu ,ya yanlışdı? " sualım gülməli gəlmişdi deyəsən. Ani təbəssümü birdən özünü qəhqəhəyə sonra isə yenidən ağlamağa çevrildi. "Bağışla, şey mən... " qarşındakı insan ağlayırsa nə edə bilmək olar axı. Hələ bu insan qəlbən, ruhən yaralı isə. "Önəmli deyil, quzum. Boş ver. Sadəcə bir məsləhət verim sənə. Istəyirsən qulaq as bir bacı məsləhəti imiş kimi, ya da istəyirsən qulaq ardına vur başıboş gözüsulu birisinin məsləhəti imiş kimi. Bax ,quzum, əsl sevgi dediyin şey əslində yoxdu. Heç vaxt sevgi arxasınca qaçma. Sevgi istəsə səni özü tapar, inan mənə. Doğru insan olub olmadığını isə zamanla özün anlayacaqsan. Sadəcə hər şirinim deyənə aldanma. Bir az gözüaçıq olsan yaxşıdı. Bu təkcə sevgi üçün aid deyil, iş, ailə, dostlar və s. də aiddi. Və bir az da "yox" deməyi bacar. Bəlkə də bu vaxtacan başıma gələnlər "yox" deməməyimin ucbatından olub. Bilmərəm. Nə isə. Boş ver" dedi üzündəki buruq təbəssümlə. Bu qadınla söhbət çox maraqlı idi. Rahatladırdı danışığı. Səsi. Baxışı. Ha gözləri ağlamaqdan qan çanağına dönsə də, gözəl idi.
Saata baxdım. Getməli idim artıq. "Şey ,mən getməliyəm. Yaxşısan bir az da olsa? "deyə sual verdim. O isə mənimlə birgə ayaqlandı. "Yox, quzum, narahat olma! Çox sağol! Bu arada adını demədin? " deyə cavabladı. Əlimi uzatdım "Mən Xanım! "... "Adaşıq" deyə güldü və əlimi sıxdı.

"Tanışlığımıza şadam... "

"Mən də... "

"Unutma dediklərimi ,quzum! "

"Baş üstə " deyə cavab verib uzaqdan əl elədim.

Sonra döndüm bir də ona baxmağa, o isə yox idi yerində. Nə tez getmişdi...

Adı da Xanım idi. Maraqlıdı. Onu buralarda heç görməmişdim.

Bir dəqiqə, o ki.....

#lady

Sadəcə bir neçə sözHikayelerin yaşadığı yer. Şimdi keşfedin