Kim səni sevməz axı...

226 24 11
                                    

Mikayıl Müşfiq. 1938-ci ilin bu günü ,yəni 6 yanvar tarixində güllələnib.
Tarixə nəzər salaq və biraz Mikayıl Müşfiqin həyat səhifəsindən bir iki vərəq səhifələyək…
Mikayıl Əbdülqadir oğlu Ismayılzadə 1908-ci il 5 iyun tarixində Bakıda dünyaya göz açıb. Əslən Xızıdan olub.
Bir çox ziyalılarında qeyd etdiyi kimi "Onun kimi istedadlı insan bu dünyaya bir daha gəlməz". 
Mikayıl mənim sevgi şairim idi.  Orta məktəbdə ikən onun " Yenə o bağ oladı" şeri ilə ona aşiq olmuşdum.  Sonra başladım şer kitabını vərəqləməyə.  Necə müthiş bir şair imiş. Eşqi məhəbbəti həyatı onun kimi qələmə verən ikinci şair tanımıram. O, anlayana sevgini öyrədir.  Hansı sevgi ki,  toxunmadan, görmədən, bilmədən,  utana-sıxıla, gözlərin dolacaq olan sevgidən. Mikayıl Müşfiq bu həyatdan vaxtsız ötüb keçə bilər ,lakin o digərləri kimi sadəcə ötüb keçməmiş keçərkən də öz əbədi irsini,  məhəbbətini,  yarımçıq qalmış ideallarını buraxmışdır. Bu əmanətdir bizə. Bu əmanəti gözümüz kimi qorumalı ona sahib çıxmalıyıq.
Mikayılın adı çəkiləndə hər zaman ürəyimdə bir buruq hissi yaranır. Gözlərim dolur. Hələ onun qadınına olan sevgisi.( Istərsəniz araşdıra bilərsiniz. )

Sevgili şairimin ən çox sevdiyim şeri isə xanımına yazdığı " yenə o bağ olaydı" şeridir.  Mən bu şeri əzbər bilmirəm. Çünki əzbərləmək üçün yox dərk etmək üçün oxuyuram hər səfər. (Siz də oxuyun nə demək istədiyimə haqq verəcəksiniz)

Lakin,  bu şerdən əlavə , aşağıda yazacağım şeri məni çox ağladır.

Məni gözəl xatırla.(Mikayıl Müşfiq)

Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim heyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın və mən bitdim.

Məni gözəl xatırla! 
Çünki sevdim sənin mən, hər şeyini
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını 
Məni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, el oldun aldırmadım

Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Serlər yazdım hər gecə çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə, səssizcə getdim
Səndən əvvəlkilər kimi səndə başa düşmədin

Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş ”Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda

Məni gözəl xatırla!
Dizlerində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öpdüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sənə son sürprizim olsun
Indi səninlə yaşanan günleri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirəm…

Offf.  Bu adam necə belə mükəmməl ola bilər. Ruhun şad olsun gözəl insan!  Allah sənə rəhmət eləsin!  Amin!

#lady

Sadəcə bir neçə sözDonde viven las historias. Descúbrelo ahora