Lady is coming back( InshaAllah)

48 1 0
                                    


əslində söhbətə necə başlayacağımı bilmirəm...

çoxdandır yazmırdım. əslində qalanda yazmaq istəyirdim , lakin bəzi əngəllər olurdu. düşündükcə özüm özümə gülməyim gəlir. və deyəsən dəli olmuşam ki, gülürəm. zatən gülmək mənim üçün son zamanlarda ağlamaqla tay tutulacaq hala gəlib. gül kimi ağır qız idim, nə oldu mənə bilmirəm.

unutmaq üçün deyil, ilk öncə sadəcə başımı qatmaq üçün yazmaq istəmişdim. sonralar sistem dəyişdi və lady özünü unudaraq yazmağa üz tutdu. hər şey göründüyü kimidir və ya göründüyü kimi olmağa çalışır hər kəs. olmaq istədiyim adama dönüşmədim ,lakin bu da mən deyildim. olmaq istədiyim şey üçün bu yolda bütün məqsədimi aşırdım. məqsədim nədir mi?! xeyr, bu sual cavabsız qalan digər suallarla birgə arxivə qaldırılır. cavab verməyəcəm demirəm, cavab verməkdən qorxuram.

mən, lady. ola bilsin ki, güclü görünürəm, ola bilsin ki, güclüyəm...

olmaq istədiklərimdə olmamış , daha doğrusu mübarizə aparmamış ola bilərəm, lakin bu o demək deyil ki, almaq istədiklərimi əldə etməmişəm?! bəli. bugünlərdə hər kəsin (yox abartmayım , məni tanıyanlar deyək buna) az-çox tanıdığı və arxasıyla danışılan birisi olmuşam.

depressiyanın ən dərinliklərindən salamlar, əziz oxuyucularım.

sevilirsiniz...

lady is coming back...

(beyin yandıran sonluq: bilərəkdən yox ərindiyimdən capsla yazmadım ilk hərfləri, yoxsa qəti sinir hüceyrələriniz ilə bir qəsdim yoxdur. sevirəm onları hətta. can ee can)

Sadəcə bir neçə sözOnde histórias criam vida. Descubra agora