Mürəkkəb kağıza aşiq, qələmə küskün, fikirlərə dost. İndi bir yazı düşün, dilin dosta deyə bilmədiyi, qəlbin qorxub gizlətdiyi.
Qaranlıq bir otaq düşün,ağ pərdələr küləklə rəqs edərkən, kölgəsi qaranlıqda bölünsün.
Təsəvvür et: boş səhradasan. Qum dənəciyisən. Nədir dəyərin, önəmin? Heç.
Fikirləş gələcəyini. İndi kağızda qaradı mürəkkəb də. Bir naməlumluq..
Küçəyə duman çökmüşdü erkəndən. Tüstü dumana qarışdı. Soyuq vardı. Xəstə canıyla çölə çıxdı. Könlündən üşümə keçirdi sadəcə Rəşadın. Saatlarla gəzdi, doyunca üşüdü. Qocalıq çağında uşaqllq edirdi.
Bəlkə düşünmək istəyirdi. Görünməyən,qaranlıq gələcəyini düşünmək. Boşluğu fikirləşmək. Tapmaq. Amma yox, bu qaranlığa gözləri tab gətirməz.
Fikrini yayındırmaq üçün keçmişə qayıtdı. İllər ərzində nə etdiyinə baxdı. Varlığını sebut etməyə çalışdı. Amma yenədə boşluq. Zaman çayında boğulub axıb gedib...
Geridə nə qaldı? Nə unudulmaz oldu? Onca illərin sonu nə oldu? Nə? Niyə? .....
Boğuldu,üşüdü.
Qoca gözlərində tənhalıq qalmışdı geridə qoydu illərdən kiçik bir iz olaraq. Bütün hər şey keçmişdə qalmışdı. Gəlib keçmişdi. Amma bir heçmiş. O heçliklər ortaq keçmişdə qaldı, gələcəyi olmayan birinin keçmişində.
3 kəliməlik həyatdı bizimkisi.. doğuluruq, yaşayırıq, ölürük.
Bəs yaşamaq nədir?
Əgər sevməksə, alovlanib yanmaqsa... Əgər geridə bir iz qoymaqsa... Əgər var olduğunu sübut etməksə...
O zaman yaşamadıq biz. Həyatımız oldu iki kəlməmiz...
Biz iki kəlməlik həyatlarıq: doğuluruq, ölürük.
Muzafferus
20.10.2014
YOU ARE READING
Nar dənələri
Short StoryMənim qaranlığımda Sənin aydınlığın yox olub! Axtarma özünü, yoxsa burada! Sən uzaqlarda, mən uzaqlarda. İçimdən bir səs mənə səsləndi: "Aydınlıq var onu görə bilmək üçün." Dedim ki: "Qaranlıq var ondan gizlənmək üçün.