Hədəf ulduzu

25 3 0
                                    

Həə.. Bu səfər, bu əsərimizin qəhramanı, kiçik bir uşaq idi. Balacaq qəhramanımızın 3 yaşı var. Bu gecə onu tanıyacağıq. Al yanaqları tez-tez qızarır-saralırdı. Gülərkən dodaqlarını birazca aralayar, ön dişləri görünərdi. Bir-ikisi yox idi. Süd dişlərindən bəziləri düşmüşdü. Dağda-bağda çox oynayırdı, tez-tez yıxılırdı kiçik qəhramanımız. Bəlkədə bu idi səbəb ;) Hə. O gözəl uşağın yaşıl gözləri var. Parıldayırdı, gözlərinin içi parıldayırdı daima. Sevincinin həddi-hüdudu yox idi. Hər gün saatlarla ora-bura qaçar, hoppanıb-düşər, sevinər, gülər – bir sözlə öz üşaqsı həyatını yaşayardı. Və məncədə bacarır.

Bu gecə bizim qəhramanımız öz çarpayısında oturmuşdu. Yatağı pəncərənin önündə olduğundan, gözləri səmaya dikilmişdi. Uzaqda, çox uzaqda parlayan kiçik bir ulduza baxırdı. Hava biraz dumanlı idi, bir ay görünürdü, birdə bu ulduz. Qəhramanımız bu ulduza o qədər diqqətlə baxırdı ki... Sanki ulduz gözlərində parıldayırdı. Kiçik uşaq gülümsəyirdi ulduza baxa-baxa. Sanki ondan güc alırdı, xoşbəxt olurdu... :D

Və burden çox uzaqlarda, başqa diyarlarda, başqa şəhərlərdə, başqa küçələrdə, başqa evlərdə, başqa pəncərələr qarşısında siz səmaya baxırsınız, yox hiss edirəm – baxmasaz belə, baxmaq istəyirsiniz ;) Baxın-baxın. Səmaya baxın. Varsa orda bir ulduz da siz seçin, ve deməli indidə qəhramanımız siz olduz. Təbrik edirəm. :D Xeyirli-uğurlu olsun. :D Hə qəhraman. Ola bilər, indi sən düşünürsən ki "axı mən kiçik uşaq deyiləm", bilirəm. Amma kiçik uşaqsan Sən və ən əsası sənin içində gizlənmiş olan. Bax, o kiçikdi. İndi o sənin ruhunu ələ keçirəcək, sonar sənin gözlərin vasityəsiylə az pncə seçdiyin ulduza baxacaq. Təsadüfə bax, yaşılgözlü uşaqla eyni ulduza baxırsanmış ;) Çox gözəl Hadi, o zaman sıra səndə. Əvvəlcə yum gözünü, bütün varlığını unut, hər şeyi unut, keçmişə qayıt, o gülərüz uşaq ol, kiçik bir uşaq, ve bax ulduza, güc-enerji al, səndə gül, gülümsə, təbəssüm üzündən əksik olmasın. Çünki əslində səndə bir qəhramansan. Amma heç kəs bilmir, sus demə, tezdi. Hələ bilməyəcəklər. Amma sən indi bu yazını oxuyub qurtaran kimi, bilirəm özünə bir hədəf qoyacaqsan, onu bir kağıza yazıb gizlədəcəksən, kiçik bir uşaq kimi, sonra dərindən nəfəs alıb ulduzuna baxacaqsan. O ənin ulduzun olacaq, hədəf ulduzun. Hədəfinə çatdıracaq səni. Gülümsə, dərindən nəfəs al, ve budur, qəhramanlığını isbat etməyin vaxtı gəlib çatdı. Və sonda, inanıraamki sən qəhraman olandan sonar bunu böyük bir insanın yox, məhz içindəki balacanın qəhramanlığı adlandıracaqsan. Kiçiyin qələbəsi, indidən uğurlu olsun. Çünki sən və ruhunun dərinliklərində gizlətmiş olduğun balaca, ikinizdə buna, qələbəyə, qəhramanlığa LAİQSİZ! Və bacaracaqsınız, çünki tək deyilsiniz, 2 nəfərsiz. Haydi. Hədəfinizə gedəcəyiniz yolda uğur sizinlə olsun, bəxtiniz dostunuz olsun. Unutmayın, içinizdə kiçik bir qəhraman var, onu yaşadın, varlığını hiss edin, onunla bərabər olun, siz onu tək qoymayın ki, özünüz tək qalmayasınız. Haydi, getdik!

Muzafferus
07.07.2013 – Şamaxı



Nar dənələriOpowieści tętniące życiem. Odkryj je teraz