6.Məktəbdə 1 gecə

191 8 7
                                    

Multimedyada; Ameliagilin məktəbinin dördüncü mərtəbəsi.

Zəngin səsinə oyandım və yarım saatlıq bir axtarışdan sonra telefonumu yerdə, çarpayımın yanında tapıb söndürdüm.
Əsnədim.Sonra yenə və yenə.Lənət olsun, qurtarmırdı.Əsnəməyim bitdikdən sonra yavaş hərəkətlərlə yerimdə oturdum.Bir müddət otağın bir küncündə qoyulmuş fortepianomla baxışdım.

-"Hey..pişt..fortepiano, çox baxışdıq, sevgili olaq?"
Yuxulu olanda giclədiyimi bildiyimdən özümü çox danlamadım.
Ayağa qalxarkən deyindim.

-"Axı niyə saat 12-də başlasa bir fərqi olmayacaq dərslər sadəcə saat 8-də başlayır?İkinci növbə oxumaq istəyirəm."
Anamın səsi gəldi.

-"Səhər tezdən beyin ayıq olur, qızım.Dərslər daha yaxşı yadında qalar.19-cu əsrdə yaşamış bir alim sübut etmişdir ki,-..."

-"Ana, toz basmış ensiklopediyanı hardan tapmısan səhər-səhər?"

-"Əslində internetdən oxuyurdum.Vikipediya idi."

-"Zəmanə anaları..."-deyə mızıldandım və vanna otağına gedib, əl-üzümü yuyub, geri qayıtdım.Şkafımın qabağında çox dayanmadan əlimə keçən ilk şeyləri götürdüm.Cins şalvar, boz rəngli sviter.Geyindikdən sonra çox da qalın olmayan sviterin qollarını biraz yuxarı çəkib neon sarı rəngli qol saatımı taxdım.Qara rəngli 'nike' markalı kürək çantamı kompüter masamın altından tapıb içinə bir neçə dəftər, bu günün cədvəlindən yadımda qalan tək fənn - cəbr kitabını qoydum.2-3 qələm də atdıqdan sonra telefonumda təqvimə baxdım.Artıq mart ayının ortaları idi və biz bu günə qədər bir dənə olsun qeyri adi, həyəcanlı an yaşamamışdıq.

"Məncə, Murad biraz çox yaxınlaşanda da həyəcanlanırsan, amma nəisə də."
Nə dəxli var, iç səs?Sus, qoy hazırlaşım.
Bu gün məktəbdəki musiqi dərslərim başlayacağından, kursa hər gün gedə bilməyəcəkdim.
Məktəb və fotoaparat çantamı götürüb, telefonumu cibimə yerləşdirməyə çalışdım.Qara rəngli kurtkamı da əlimə alıb otaqdan çıxdım.O biri qara kurtkam Turalgildə qalmışdı.
Mətbəxə daxil olarkən anamı masa arxasında öz yerində oturarkən gördüm.Mənimlə bir mərtəbə aşağıdan necə danışmışdı?

-"Ana?"

-"Ho, qozom?"
Ağzındakıları udmağı üçün bir neçə saniyə gözlədim.

-"Hə?"

-"Sən bayaqdan burdasan?Yəni, necə eşidirdin?"-dedim əşyalarımı yerə qoyub, hə, düz oxudunuz, yerə qoyub stula əyləşdim.

-"Analar hər yerdə hər şeyi görür və eşidirlər."-əslində düz deyirdi, çox vaxt elə olurdu.
Qayğanaq ilə qızardılmış sosislər!Yeməyimə girişib, qısa müddətdə bitirdim.

-"Sultanım, sənə nuş olsun.Mən getməliyəm."-dedim hələ də yeməyini bitirməyən anama.Qara, neon sarılı 'nike' idman ayaqqabılarımı və kurtkamı geyinib, çantalarımla bərabər evdən çıxdım.
Mart ayında olmağımıza baxmayaraq, havalar hələ də soyuq keçirdi.
Nuraygilin qapısına çatanda onu 5 dəqiqə daha gözləməli oldum.

-"Nəhayət, təşrif buyura bildiniz, madmazel."

-"Yaxşı pul veriblər, deyəsən."-dedi və vəhşicəsinə gülməyə başladı.Nəsə sətiraltı məna var idi burda və mən həmişəki kimi söhbəti tuta bilməmişdim.

-"Nuray, adam dilində danış, başa düşmədiyimi bilirsən və altdan-altdan məni təhqir edirsən."
Əlini çənəsinə qoyub yalandan düşünürmüş kimi etdi.

-"Hə..əslində..biraz."
Qınamıram.Əsl dost sözün düzünü deyər.
Məktəbə çatanda 2-ci mərtəbəyə qalxıb sinifə daxil olduq.Artıq alışdığım bir yer olan Nurayın yanına oturdum.Çox keçmən zəng vuruldu və ədəbiyyat müəllimi dərsə girdi.Nuray çantasından kitabı çıxarıb partanın üzərinə qoydu.Mən isə başımı səhifələri açılmış kitabın üstünə qoyub xəyalara daldım.
Birdən Murad üçün darıxdığımı hiss etdim.

FotoqrafWhere stories live. Discover now