Giriş bölümü

368 36 18
                                    

Gənc qız, ətrafdakıların ona baxmağına əhəmiyyət vermədən gözlərini dənizə dikmişdi.Yanağına süzülən yaşları əlinin tərsi ilə silsə də, ardı gəlirdi.Qəzəb, acı, intiqam, kədər... Gözlərində bir çox ifadə var idi.Əvvəl hirsindən yumruğunu sıxdı, sonra acizliyini dərk edirmişcəsinə gözlərini yumdu.Açdıqda bir neçə damla yaş axdı gözündən, yenə də.Üzünə düşən saçlarını geriyə atdı və insanların arasından keçərək yolun qırağına çatdı.Gələn ilk taksini saxlatdıraraq maşına əyləşdi.Sürücüyə bir şeylər deyib qulaqcıqlarını taxdı.Görünür, özünü musiqi ilə sakitləşdirirdi.Taksi uzaqlaşdıqca onun arxasından baxan biri olduğunu bilmirdi.Bu gündən somra həyatının necə dəyişəcəyindən, onu nələrin gözlədiyindən xəbərsiz idi...

***
Əlindəki fotoaparatla irəliləyirdi küçədə, gənc oğlan.İşıqforun qırmızı işığı yandı, maşınlar dayandı və digər piyadalarla bərabər yolu keçdi.Dənizkənarı parka gəlmişdi.Bir müddət addımladı, sonra rəngarəng güllərin olduğu bir yerə gəldi.Fotoaparatını işə saldı və ən gözəl olanlarından bir neçəsinin şəklini çəkdi.Gözünü ətrafda gəzdirdi, baxışları kənardakı bir qızda dayandı.Ağlayırdı qız, bu dünyada deyilmiş kimi gözlərini uzaqlara zilləmişdi.Oğlan, ömrü boyu belə bir şey görməmişdi.Bir insan ağlayarkən belə necə bu qədər gözəl ola bilərdi?Ağladığını sadəcə gözündən axan yaşlar xəbər verirdi.Sanki əzab çəkirdi insanlara bildirmədən.Fotoaparatı qaldırıb qızın şəklini çəkdi.Sonra günəş işığında parlayan saçlarını əli ilə geriyə atdı qız və yola tərəf addımlayıb bir taksi saxlatdırdı.Taksiyə mindikdən sonra qulaqcıq taxdı.Deməli, musiqini sevirdi.Bu vaxta qədər qızı izlədiyinə özü də inana bilmirdi gənc oğlan.Yanından keçən insanların bəziləri ona baxırdı.Fotoaparatı əlində möhkəmcə sıxıb dayandı və edə biləcəyi yeganə şeyi edib maşının nömrəsini telefonuna qeyd etdi.Ona nə olmuşdu belə?Öz halına gülürdü.Amma o da, onu nələrin gözlədiyindən xəbərsiz idi...

İkinci hekayəm.)Fikirlərinizi bildiryi unutmayın.)
Bu arada, digər kitabım "Təqibçi"yə də nəzər yetirsəniz, sevinərəm.)

FotoqrafDonde viven las historias. Descúbrelo ahora