1.Ayrılıq

292 29 21
                                    

-"Amelia!"
Səhər anamın qışqırığı ilə oyandım.

-"Amelia, dərsə gecikirsən!"

-"Oyanmışam, ana!Gəlirəm!"
Eyni evin içində otaqdan-otağa qışqırmaq anamla mənim hobbimiz idi.
Yerimdən durub otaqdan çıxdım.Vanna otağına getmək üçün karidorda irəliləyirdim ki, yerə yıxıldım.Biraz yerdə sürünüb qapıya çatanda ayağa durdum.Əl-üzümü yuyub, dişlərimi fırçaldım və otağıma qayıtdım.Təbii ki qapını açanda başımı qapıya vurmağı da ehmal etmədim.Paltar şkafımın qarşısına keçib bir müddət boş-boş dayandım.Yavaş-yavaş qanadlarım çıxdı və uçmağa başladım.Sonra bir təyyarə ilə toqquşub yerə düşdüm və anamın səsi gəldi.Bir dəqiqə, anamın mənim yuxumda nə işi var?!

-"Amelia, bezdim artıq.Hər gün nə qədər eyni şey olar axı?!Sənə deməmişəm, ayılmamış yerindən durma?!Bir gün haranısa əzəcəksən."
Gözlərimi açdım.Yerdə idim.Off, yenə şkafın qabağında yuxulayıb yıxılmışdım.

-"Mən yaxşıyam, ana, narahat olma!"

-"Səninlə nə edəcəyəm mən, bilmirəm!"
Yerdən dəstək alaraq qalxdım və şkafın qapısnı açdım.Qırmızı və qara rəngli sviter və tünd rəngli cins şalvar geyindim.Dağılmış saçlarımı darayıb, açıq buraxdım.Saçlarım dalğalı idi.Qara rəngli qol saatımı taxıb, axşamdan stulun kənarından asdığım çantamı götürdüm.Gecə lapmasının yanındakı telefonu və qulaqcığı da cibimə yerləşdirdikdən sonra otaqdan çıxdım.Pilləkənlərlə aşağı düşüb mətbəxə girdim.Anam həmişəki kimi yeməyi hazırlamış, məni gözləyərkən televizora baxırdı.

-"Sabahın xeyir, ana."-yanına yaxınlaşıb yanağından öpdüm və öz yerimə keçdim.

-"Sabahın xeyir, Amelia."
Çantamı stulumun arxasından asdım.Bir dilim çörək götürdüm üstünə şokalad yağı çəkdim.Yeməyə başladım, amma elə bil nəsə əskik idi.

-"Sultaaanııım..."-anama yalvaran gözlərlə baxdım və ən çirin gülümsəməmi göndərdim.

-"Yenə nə istəyirsən, Amelia?"

-"Çay?"

-"Dur, süz."

Oflayaraq ayağa qalxıb çaydana tərəf getdim və şkafdan fincanımı götürüb özüm üçün çay süzməyə başladım.

"Ha ha ha, süz, süz.Mənə də süz."

-"Sən sus, iç səs!"

-"Mənə deyirsən, Amelia?"

-"Yox, ana.Səsli düşündüm yenə."
Əlimdəki fincanla stula oturdum və yeməyimi yeməyə davam etdim Geriyə qalan çörəyi də ağzıma güclə yerləşdirib ayağa durdum.Stulumun arxasına asdığım çantamı da götürdüm və qapıya doğru irəlilədim.Ayaqqabı şkafını açıb rəngli idman ayaqqabılarıma baxdım.Sonda qara rəngli olanını seçdim və yerə qoydum.Bir tərəfdən ayaqqabımı geyinib iplərini bağlamağa çalışırdım, digər tərəfdən də anamın nəsihətlərinə qulaq asırdım.

-"Evə 4-dən gec gəlmə.Pis uşaqlarla çox danışma.Telefonunun səs..."

-"Ana!"-birnəfəsə danışdığı üçün nəfəssiz qalmışdı.

-"Mənim üçün narahat olma.Axşam görüşərik."
Çiynimdən sürüşməkdə olan çantamı anamın əlinə tutuşdurub asılqanda dünəndən qalmış qara kurtkamı götürdüm.Geyindikdən sonra çantamı yenə bir çiynimə saldım və anamı bir dəfə də öpüb evdən çıxdım.Qulaqcıqlarımı qulağıma taxıb sevdiyim hərəkətli musiqilərdən birini başlatdım.Əllərimi cibimə qoydum və havalı şəkildə irəliləməyə başladım.Məni hələ də tanımırsınız?
Adım Ameliadı; Amelia Əlizadə.17 yaşındayam.Yuxu ən sevdiyim şeydir.Bəzən "cool" olmağa çalışsam da bəxtim gətirmir.Ya yıxılıram, ya da başqa bir şey olur.Ah, bir də yeganə dostum Nuray var.
Mən yenə də havalı bir şəkildə irəliləyəməyə cəhd edərkən, əsən külək saçlarımı üzümə yapışdırdı.Biraz da tarazlığımı itirdiyim üçün yıxılmağım o qədər də vaxt aparmamışdı.Birdən kiminsə gülüş səslərini eşitdim və başımı yerdən qaldırıb səs gələn tərəfə baxdım.Bu, Nuray idi.Onunla hər gün bu küçənin axırında görüşüb, məktəbə gedirdik.Onların evi bizimki ilə 10-15 dəqiqəlik məsafədə idi.Qalxmağıma kömək etdi və qoluma girib mənimlə bir yeriməyə başladı.Bir tərəfdən də dağılmış saçlarımı düzəldirdi.

FotoqrafHikayelerin yaşadığı yer. Şimdi keşfedin