10.Karuselin xatirələri

52 7 17
                                    

-"Amealiiaaa!"

Yuxudan durmağıma ehtiyac qalmadı.Çünki, heç yatmamışdıq.Bütün gecə Nurayla filmlərə baxmış, yemək yemişdik.Hə, gecə vaxtı çoxlu yemək yemişdik.

-"Gəldiim!"-deyə qışqırdım vanna otağından.
Əl-üzümü yuyub, quruladıqdan sonra Nurayın otağına getdim.

-"Bu gün məktəbə getməyib, bütün günü yatsaq, olar da, məncə.Həm müdirimiz də heç nə deməz.Gecə test həll eləyib, qəbul imtahanına hazırlaşdığımızı desək, hirslənməz."

-"Amelia, bu ki, bəhanə deyil."

-"Off...Sən də ki...Ümidlərimi kökündən qurutdun."

Acımamışdıq, çünki bir az bundan əvvəl iki paket cips yemişdik.

-"Mənim çantalarım hardadı?"-deyə qışqıraraq salona endim və hər tərəfi axtarmağa başladım.Ən sonunda divanla divarın arasından tapdım.Ora necə düşmüşdü, hələ də bilmirəm.

Nuraygilin evindən çıxdıq.Anam dünən axşam çox əsəbi idi.Həm də Nurayın anasını bizim evdə qalmağa məcbur etmişdik deyə, üzr istəməli idik.Çox mədəni şəkildə.

-"Açıram qapını, Nuray.Bir..iki..üç..."

-"Salam, üzr istəyirik, sağolun!"-deyə qışqırdıqdan sonra qapını örtdüm və məktəbə tərəf addımlamağa başladıq.

-"Bütün günü yatmayıb, ona görə belədi."-deyə izah elədi uşaqlara Nuray mən məktəbin giriş qapısına başımı vuran zaman.

Doğrudan da, çox yuxum gəlirdi.Başım da ağrıyırdı.1 gün yuxusuzluğa dözə bilərdim, ikinci gün baş ağrısı verirdi.Rekordum 3 gün idi, o da ki, gözlərin qaçmasına səbəb olur. Bildiyiniz kimi, gözlərim əşyalarını çantalarına yığıb qaçırlar, məni tənha qoyurlar və səhəri gün dərsdə lövhəni tamamilə bulanlıq görürəm.

-"Amelia!"

Başımı qoyduğum partadan diksinərək qaldırdım.

-"Nuray, niyə qışqırırsan qulağımın dibində?"-dedim üzümə düşən saçlarımı qulağımın arxasına itələyərkən.

-"Mənim səsimi Nurayın səsi ilə səhv salacaq qədər yuxulusan?"

-"Murad?"-dedim utancla bərabər gülümsəmə ilə.

-"Yenə qızardın.Bunu sevirəm."-dedi saçlarımı qarışdırarkən.

Mən də onun saçlarını qarışdırdım.

-"Deyəsən, bir-birini əsəbiləşdirməkdən
zövq alan ilk cütlüksünüz, dostum."

Turalın səsi gələn yerə baxdım.Bizim qrupun bütün üzvləri arxa partaya söykənib bizi izləyirdilər.
Nuraya gecə danışmışdım olanları, yəqin ki, k birilər də Muraddan öyrənmişdilər.
Turalın sözünə zəif gülümsəmə ilə qarşılıq verdim.

-"Müəllimə gəlir, hamı otursun."-dedi sinfə girən bir qız.

Yerimə oturub çantamdan bütün fənlər üçün olan dəftərimi və ən sevdiyim qırmızı qələmimi çıxardıb partanın üstünə qoydum.Fizika.Off...45 dəqiqə dözə bilərəm amma, hə?

-"Bu gün o qədər də çox dərs keçmədilər elə bil, hə, Amelia?"

-"Ülviyyə, dərs keçməsək də, başım 99 tarix kitabı oxduyub qurtarmışam kimi ağrıyır."

Ülviyyə üzünü büzüşdürdü.Düzdü, bu pis variant idi.Bunu yaşasam, təkcə baş ağrısı ilə qurtaracağımdan əmin deyildim.

-"Kursa gedirik bu gün?"-dedi Çingiz.

FotoqrafDonde viven las historias. Descúbrelo ahora