2.Kurs

250 21 8
                                    

-"Dur, Amelia!Tez ol, dur.Gecikirsən!"
Yenə də anam!Mən bir gün özüm oyana bilməyəcəyəm?!

-"Hara gecikirəm, ana?!"

-"Dərsə, təbii ki!"
Necə?!Mən məktəbi qurtarmışdım axı?!

-"Ana, mən artıq işləyirəm.Sən nə danışırsan?"

-"Sus!Cavab qaytarma anana!Dur dərsinə get!Gic-gic danışma!"
Yox, yuxularım məni bezdirəcəkdi. Cümlədəki məntiqə diqqət edək, amma.Hələ bezmirəm, nə vaxtsa bezəcəyəm.

-"Gəldim, sultanım, gəldim."
Durub şkafdan cins şalvar və yaşıl sviter götürüb geyindim və saçlarımı darayıb yenə açıq qoydum.Nuray mənə kursun başlanma tarixini deməmişdi.Kompüterə yaxınlaşıb son girilən səhifəyə baxdım.İlk dərsim bu gün günorta idi.Məktəbdən çıxıb gedərdim.Kurtkamı da götürüb aşağı düşdüm.Gələn qoxudan təxmin etdiyimə görə anam sosis və qayğanaq hazırlamışdı.Bu gün onu öpməməyə qərar verdim.Kefim yox idi.

-"Sabahın xeyir, ana."

-"Sənin də sabahın xeyir, Amelia.Nə olub, bu gün üzün gülmür?"

-"Yox, yaxşıyam."
Sakitcə yeməyimi yeyib bitirdim və qara idman ayaqqabılarımı geyindim.Birdən anama kurs işini demədiyimi xatırladım.

-"Ana, mən fotoqraflıq kursuna yazılmışam, xəbərin olsun."
Anam mənə pul verib yenə nəsihətlərinə başladı.

-"Saat 4-də evdə olursan."

-"Ana, kursa saat 3də getməliyəm.Orda da dərslərin öz proqramı var.Yəni bundan sonra biraz gec gələcəyəm."

-"Yaxşı, onda get, gecikmə dərsə.Sağol."

-"Sağol, ana."
Evdən çıxıb məktəbə irəlilədim.Ancaq bu dəfə yolumu dəyişdim.Nurayı gözləməyə halım yox idi.
Məktəbin həyəinə girəndə kiminsə məni çağırdığını eşitdib arxaya döndüm.

-"Ameeliiaaaaa!"
Təbii ki bu mənə tərəf qaça-qaç gələn Nuraydan başqası deyildi.

-"Salam, Nuray."

-"Necəsən?"-mənə ümidli gözlərlə baxırdı.Yaxşı olub-olmadığımı bilmək istəyirdi.

-"Yaxşıyam, sən necəsən?"

-"Mən yaxşıyam, sən yaxşı olduğuna əminsən?"
Dərin bir nəfəs aldım, bu söhbət məni bezdirirdi.

-"Əminəm, Nuray, əminəm.Artıq məktəbə girə bilərik?Birazdan dərs başlayacaq."
Heç nə demədi, sadəcə başı ilə təsdiqlədi və məktəbə irləlidik.Pilləkənləri qalxıb karidora döndük.Qabaqdan gələn Xəyal və Aytacı görəndə istər-istəməz dünən yadıma düşdü.Halbu ki, mən onu unutmağa çalışırdım.Gülüb söhbət edirdilər.Məni görən kimi Aytac üzünü turşutdu və Xəyalın qolunu çəkərək geri döndərdi.Onlar gəldikləri yolla geri qayıdarkən mən yenə pis olmuşdum.Ancaq artıq onun uğrunda kədərlənməyə belə dəymədiyini anlamışdım.

-"Nuray, birinci dərs nədi?"
Biraz fikirləşib cavab verdi.

-"Tarix."

-"Gəl dərsə girmiyək, gedək həmişəki kafeyə."

-"Əla olar,ancaq məncə o biri dərsə çata bilməyəcəyik.Ən yaxşısı bu gün dərsə girməməkdi."

-"Onda nə qədər ki gec deyil, gəl qaçaq."

-"Qaçdıq."
İkimiz də pilləkənləri demək olar ki uçaraq düşüb məktəbin həyətindən çıxdıq.
Hər zaman görüşdüyümüz kiçik bir kafe var idi.Bəzən bir şeylər yeyər, bəzən qəhvə içərdik.
İndi də ora gedirdik.Son döngəni də burulub kafeyə daxil olduq.Bir masaya əyləşib masadakı menyu kitabçalarını açdıq və offisiantı gözlədik.Çox keçməmiş gənc bir oğlan masamıza yaxınlaşdı.

FotoqrafTempat cerita menjadi hidup. Temukan sekarang