12.Mərc

76 8 3
                                    

Binaya daxil olarkən, qarşımda gedən Muradla o qızı gördüm.Adını bilmədiyim qız Muradın qoluna girib ona nəsə danışırdı.Murad da gülməkdən başını ayıra bilmirdi ki, arxadan gələn məni görsün.Təbii ki, "qısqanc Amelia" olaraq verəcəyim reaksiyaları deyil, "vecsiz Amelia" olaraq verəcəyim reaksiyaları verməli idim.
Arxalarından sakitcə irəliləyərkən, mənə baxmadan şirin-şirin danışdıqlarını gördüm.Üstəlik, qız arada Muradın qoluna vurub gülürdü.
Bu ki Amelianın hərəkəti idi.Başqası edə bilməzdi.Hələ ki Murada, heç eləyə bilməzdi.
Daha çox sakit dayana bilməyib, bir-iki dəfə yalandan öskürməyə başladım.

-"Murad, görüşənədək."-dedi qız və Muradı yanağından öpüb gözləmə salonunda oturdu.
Mən?Muradla eyni idi ilk dərs.Amma, Amelia olaraq inadkarlığımı sübut edərcəsinə o dərsə girməyəcəkdim.O mənim gözümün qabağında başqa qızla danışırdısa, mən də onunla eyni parta arxasında oturmayacaqdım.
Çiynimdən sürüşən fotoaparat çantasını əlimlə düzəltdim və kitabxanaya yönəldim.3-cü mərtəbəyə qalxan kimi kitabxanaya daxil oldum və rəfdən qarşıma çıxan ilk kitabı götürüb rəflərin arasında olan bir masaya əyləşdim.

-" Yox, təbii ki, qısqanmıram.Hər nə olur, olsun, qısqanmamalıyam."-deyə tez-tez özümə xatırladırdım.
Amma, deyəsən, çoxdan qısqanmışdım belə.
Masaya qoyduğum kitabın başlığı diqqətimi çəkdi.

-"Fotoqraflığın sirləri."-deyə oxudum səsli şəkildə.
Mal olduğumu sübut etmək üçün bir də düşüncələrimi səskli şəkildə dilə gətirdim.

-"Aaa...Burdakı kitablar fotoqraflıq haqqnda imiş."
Ətrafdakı insanlar mənə ilk dəfə kitab görən Saturnlu (yazar burda ibnəlik eləmək üçün 'Marslı' yazmadı) kimi baxanda utanıb qızardım və yerimə əyləşdim.Fotoaparat çantamı kəmərindən oturduğum stulun arxasına keçirdim.
Elə oturduğum yerdə başımı fırladıb arxamdakı rəfdə olan kitablara nəzər saldım.Bəyəndiklərimi qucağıma yığırdım.Bunları oxusam, sinifdəki ən yaxşı tələbələrdən ola bilərdim.O özünü bəyənmiş Muradın kitabxanaya qədər gəlib əziyyət çəkəcəyini düşünmürəm.Bütün müəllimlər onun kursun ən yaxşısı olduğunu deyirdilər.Əgər bu kitabları oxusam, onu keçə bilərdim.

-"Keyfiyyətli şəkil çəkməyin əsasları', 'Yüksək hisli fotoqraflıq üçün nə etməli?', 21-ci əsr fotoq-..."
Səsli fikirlərimi bölən qoluma toxunan biri oldu.Üzümü qolumdan tutan şəxsə tərəf çevirəndə bir oğlanın başımın üstündə dayandığını gördüm.

-"Buyurun?"-dedim.

-"Bura kitabxanadı."-dedi gülərək.

-"Xoş gördük."
Heç bir şey demədən gülməyə davam etdi.

-"Nə?"-deyərkən əllərimi havada "nə istəyirsən?" mənasında yelləyirdim.
O isə cavabında sadəcə gülümsəyirdi.

-"Gülüşünü göstərməyə gəlmişdin?"-deyə soruşdum öküz-öküz.

-"Necədi?"-dedi hələ də gülərkən.

-"Nə?"
Bir az da güldü.

-"Gülüşüm."

-"Haa..."-dedim.
İndi başa düşmüşdüm nə demək istədiyini.

-"Hmm..."-deyib barmağımı alnıma qoydum və düşünürmüş kimi etdim.
Birdən ağlıma Sokrat duruşu gəldi.Təzəcə hərəkətlənirdim ki, o da eyni anda danışdı.

-"Sokrat duruşu."

-"Bəli."-dedim gülərək.

-"Gülüşümdə qalmışdıq."

-"Nə?"-dedim.
Lənət olsun!Yenə başa düşmürəm."

-"Gülüşümün necə olduğunu deyəcəkdin."-dedi hələ və hələ də gülərkən.

FotoqrafDonde viven las historias. Descúbrelo ahora