13.Qaçdı-tutdu

45 6 0
                                    

Xoş mütaliələr :)

-"Nə olub?"-deyə qaça-qaça Nuray gəldi.

-"Tez gəldin e, Nuray.Əziyyət çəkməzdin, sabah gələrdin də."-dedim əsəbi halda.

-"Murad hardadı?"

-"Öməri son mənzilinə yola salır."-dedim getdikləri yolu əlimlə göstərərkən.

-"Necə ki?"

-"Off...Gəl mənimlə."-deyərək Nurayın başından tutaraq o tərəfə çevirdim. Amma, Muradla Ömər çoxdan gözdən itmişdilər.

Muraddan:

Ömərin qolundan nəyi var tutub arxa tərəfə apararkən, buna necə cəhd etdiyini düşünürdüm.Mən belə Amelianın sevgilisi ola-ola, onu öpməkdən çəkinirdim.Bu zəhləmgetmişə nə düşürdü ki, Ameliaya toxunmağa cürət etmişdi?!Amelianın məni qısqandırmağa çalışmağını başa düşürəm, nəticədə, məndə eynisini edirdim.Amma, bu qədəri də artıq idi.

-"Qudurmusan ə sən?"-dedim onu yerə atarkən.
Qolundan dəstək alaraq ayağa qalxdı.

-"Nə olub?Bir az sakit ol, Murad."

-"Nə sakit?Sən hardan cəsarətlənmisən ki, mənim sevgilimi öpürsən?"-dedim onu arxaya itəliyərək.

-"Biz dostuq."dedi gülərkən.

-"Başlayaram sizin dostluğunuza da!Onu Tural belə öpə bilmir ki, hələ ən yaxın dostudu.Sənə nə düşüb?!"-deyə qışqırdım.
Küçənin başından keçən bir-iki nəfər çönüb bura baxsa da, bizim olduğumuz dar küçədə heç kim yox idi.

-"O qız səni öpəndə Amelianın sifətini görmədin?!Murad, axmaqsan!O qızla yaxınlıq eləyərək Amelianı heç nəyə razı sala bilməyəcəkdin, əksinə, Amelia tərslik edib daha da dirəşəcəkdi."

-"Bu sənə qalıb?!Özüm bilərəm, Ameliayla aramızda olan söhbətə niyə qarışırsan?O bir az safdı, yəqin ki, səndən sadəcə dost olmağınızı xahiş edib.Bunun üstündən ona qarşı yaxınlıq eləməməli idin."

-"Murad, bilirsən nə var, əgər belə qısqanırsansa, get adam kimi qızın özünə etiraf elə!Burda mənə qışqırmağının yeri yoxdu!"-dedi o da məni geriyə itələyərkən.

-"Orası mənlikdi, sən qarışma!Səni bir də Amelianın yanında görmüyüm!"
Bir müddət dayandım.İkimiz də dayanmadan qışqırdığımız üçün təngənəfəs olmuşduq.Gözlədim, gözlədim...Amma, artıq səbrim tükəndi. O gülümsədikcə, mən daha da əsəbləşirdim.

-"Yox, nəysə çatmır e səndə..."
Ömər üzümə mal-mal baxarkən, yumruğumu ilişdirdim sifətinin düz ortasına.

-"Hə, indi yaraşdı."-dedim əllərimi bir-birinə çırparkən.
Küçədə irəliləməyə başladım.Arxaya çevrilərkən Ömər yerə yığılmış, burnundan axan qanı əlinin tərsi ilə sildiyini gördüm.Hələ bu da az idi ona.

-"Bir də səni Amelianın yanında görməyim!"-deyə son dəfə tənbeh elədim Öməri, barmağımı ona tərəf havada yellədərək.
Üzümü fırladıb dar küçədən tam çıxacaqdım ki, Ömərin səsi gəldi.

-"Murad, mənə qarışa bilməzsən. Amelianın o qıza qarşı nə hiss elədiyini başa düşərsən, bəlkə."
Dayandım.Buna bəzi şeylər gec çatırdı, deyəsən.Yox, yüz faiz əminəm, gec çatırdı.
Qaça-qaça geriyə qayıdıb bütün gücümlə Ömərin sifətini yumruğlamağa başladım.
Saymırdım neçə dəqiqə keçdiyini, amma Ömər məni söyüdüyü üçün vurduğum son zərbədən sonra özündən getdi.Ayağa qalxıb Ömərin qana bulaşmış üzünə və əllərimə baxdım; o zəhləmgetmişin qanına bulaşmışdı. Əllərimi şalvarıma sürtdüm və Ömərin cibindən telefonunu çıxardım.Təcili yardıma zəng vurub bura çağırdım və telefonunu cibinə geri qoyub, dar küçədən çıxdım.Yolun kənarında Amelia görünmürdü, yəqin ki, evinə getmişdi.Onsuz da biz Ameliayla danışmadığımız, və ya küsdüyümüz zaman Nuray mənə Amelianın necə olduğu, nələr etdiyi barədə məlumat verirdi.
Gələn ilk taksini saxlayıb əyləşdim. Görünür, Ömərin burnundakı qan üzümə də bulaşmışdı ki, sürücü güzgüdən mənə tərs-tərs baxmağa başladı.

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: May 31, 2019 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

FotoqrafDonde viven las historias. Descúbrelo ahora