8.Dava

164 13 12
                                    

Məncə, bəyənərsiniz.)

-"Bunlar yeni sinif yoldaşlarınızdı, uşaqlar.Başqa bir məktəbdən bura keçiblər."
Yəni, normal olaraq.Birinci sinfə gəlməyiblər ki, hər halda.

-"Muradı bildim, bəs bunların burda nə işi var?"-dedi Nuray.

-"Bilmirəm."

"Bilirsəəən..."
Amma, iç səsim başqa şey deyirdi. İçdən-içə niyəsini bildiyimi hiss edirdim.

-"Mal, çünki bilirsən."

-"Ha?"-deyərək Nuraya tərəf çevrildim.

-"Murad?"
Ancaq, orada artıq Nuray yox, Murad var idi.Off...Yenə səsli düşünmüşdüm. Ayaq üstə qalan və məcburən bizdən arxadakı partaya keçən Nuray isə əsəbi görünürdü.Qollarını qucaqlamış, baxışları ilə "sən sonra görərsən" demək istəyirdi.Bilirəm, çünki ən yaxın dostumdu və onu ən yaxşı tanıyanlardan biriyəm.

-"Artıq buradayam.Yəni, buradayıq."-dedi Murad.
Digərləri də bu sıradakı bütün partalarda oturan uşaqları qaldırıb özləri yerləşirdilər.

-"Niyə?"

-"Sən ded-..."
Sözünü arxadan gələn oğlan səsi kəsdi.
Müəllimə bizimkilərin masaya qoyduğu sənədlərlə məşğul olduğundan rahat danışa bilirdik.

-"Məktəbimizə gəlmələri bəs deyilmiş kimi, hələ illərdir oturduğumuz sıranı da pozurlar."

-"Səndən soruşmalıyam?"-dedi Murad stulda tam dönüb üzü Hikmətə tərəf oturarkən.

-"Hə, yeri gəlsə, lap elə məndən soruşmalısan."

-"Mən səni-..."-deyib ayağa qalxmağa cəhd edən Muradı qolundan tutub saxladım.

-"Bəsdirin!Nə olub sizə belə?!"

-"Mən sənin nömrəni taparam.Bu gün.Gecəyarısı."

-"Necə istəyirsən."
Murad qabağa çönüb heç nə olmamış kimi gülümsədi.

-"Bura niyə gəlmisən?"

-"Üff...Mallığın da bu qədəri?"-deyib stula asdığı çantasından bir dəftər və qələm çıxardı.
Yüngül çantasının içində bunlardan başqa bir şey olduğunu düşünmürdüm.

-"Sadəcə 1 dəftər gətirmisən?"-deyə soruşdum öz dəftərimi və gözümün ağı-qarası bircə qələmimi çantamdan çıxararkən.

-"Hə.Hamısı üçün 1 dəftər."-dedi və dəftəri partada mənim qabağıma qoydu.
Tünd göy rəngli qalın və enli dəftərin kənarları spirallı idi.Açıb vərəqləməyə başladım.Bəzi səhifələrdə rəqəmlər, bəzilərində inşalar, bəzilərində isə sadəcə şəkil və yazılar var idi.
Üzümə məndən asılı olmayaraq bir gülümsəmə yayıldı və anidən Muradı qucaqladım.Əvvəl çaşıb qalsa da, sonradan o da məni qucaqladı.

-"Çox sağol."-dedim hələ də qucaqlaşarkən.

-"Nə üçün?"
Aldığım hər nəfəsdə vanil və siqaret qoxusu...

-"Mənə məni xatırlatdığın üçün."
Bəzən elə anlar olur ki, insanlardan ayrılırsan.Mən indi başqa bir dünyada idim.Ətrafımızda bir dairə yaranmışdı və insanlar bizdən kənarda qalmışdı sanki.

-"Yaxşı yadıma düşdü, sən bizim məktəbə niyə gəlmisən, hələ də demirsən."

"Bravo, Amelia.Bütün anın içinə soğan doğradın.Yenə.Öküzsən sən, bilirsən də?"
Bilirəm, iç səs, bilirəm.Muradla sənin sayəndə hər gün özümü daha yaxından tanıyıram.

FotoqrafWhere stories live. Discover now