11.Qısqanclıq?Mən?Yox bir...

78 8 0
                                    

-"Amelia, qalx, hamı səni gözləyir."

Yenə?İmkan verin, bir az yataq da.

-"Ana, nə olar axı, çox yox e, sadəcə 3 gün yeməyim, içməyim, ancaq yatım."

-"Qızım, manyaksan sən?"

Çarpayımda, yalan olmasın, 3 dəfə fırlandıqdan sonra, anamı görə bildim.

-"Hə, manyakam.Hətta gecələr evdən qaçıb adam öldürürəm, bədənlərini hissələrə ayıraraq yandırıb meşədə basdırıram."

Anamın qorxu və dəhşət dolu baxışlarını görəndə, mən də qorxdum, açığı.Bir əlini də üzünə qoymuşdu.Bu, anaların "mat qaldım" demə şəkli idi.

-"Təbii ki, zarafat elədim.Amma, ana, burdakı təbiilik mənim zarafat eləməyimdə deyil, sənin yenə də zarafatımı başa düşməməyindədi.Off... Axşam-axşam nə qədər danışdırdın e məni.Yoruldum."

Qarnım quruldadı birdən.

-"Həm acam mən."-dedim quruldayan qarnımı susdurmaq məqsədi ilə əlimlə qarnımı sıxarkən.

-"Dur gəl süfrəyə, atan səni görmək istəyir."

Atamı neçə gündür ki, görə bilmirdim. Ya o evdə tapılmırdı, ya da ki mən.

-"Yaxşı, gəlirəm."

Anam otaqdan çıxan kimi, yerimdən qalxıb vanna otağına keçdim.Əl-üzümü yuyandan sonra, otağıma qayıtdım. Güzgüyə baxanda saçlarımın qarışdığını gördüm, bərbad hala düşmüşdülər.Darağı tapıb saçlarımı daradım və yuxarıdan möhkəm yığdım.

-"Ev xalqına salamlar!"-deyə qışqıraraq pilləkənləri düşüb mətbəxə keçdim.

Atam artıq masada əyləşmişdi və yeməyini yeyirdi.Mən də öz yerimə oturdum və anamın mənim üçün gətirdiyi dolmanı yeməyə başladım.

-"Qızım, eşitdim, axır vaxtlar evə gec gəlirsən?"-dedi atam mənə baxmadan digər əli ilə qəzet oxuyarkən bir qaşını qaldıraraq.

Anama baxdım.Çiyinlərini çəkdi çəngəli ağzına tərəf aparakən.

-"Hə, mənim əziz atam, axır vaxtlar bir az elə alındı."

Artıq anam aləmi bir-birinə qatmışdı, edə biləcəyim tək şey şirinlik eləmək idi.

-"Niyə?"-dedi atam.

-"Niyə?Maraqlı sualdı.Ata, cavanlıqdandı hamısı, dostlarla oturursan, telefona ki baş qarışdı, vaxtın necə keçdiyini unuduram."

-"Çalış, tez-tez saata bax, Amelia, yaxşı? Səni nə qədər çox istədiyimizi bilirsən. Döyüş fəndlərini bilməyin bir şey deyil. Artıq böyümüsən, özünü qoru."

Hər dəfə axşam yeməyində danışılan şablon söhbət.

-"Yaxşı, ata, yaxşı."

-"Hə, yaxşı yadıma düşdü, o gün dayınla danışırdım."-dedi atam.

Həmin an içdiyim su boğazımda qaldı və öskürməyə başladım.Anam kürəyimə vurdu, amma üzündə şeytani bir gülümsəmə var idi.Məni atama şikayət elədiyi üçün sevinirdi.

-"Aha?"-dedim.

-"Səni məhəllədə görüb."

-"Hə?"-deyə daha qüvvətli sual aksenti ilə soruşdum.

Sözü uzadırdı və mən bizi Muradla görəcəyindən qorxurdum.

-"Sən də lap elə dedin ki.Qızımız heç küçəyə çıxmayıb?"-dedi məni mühafizə elədiyi düşünən anam.

FotoqrafTahanan ng mga kuwento. Tumuklas ngayon