5.Qonaqlıq

130 15 11
                                    

Gözlərimi yığıb, ordakının kim olduğunu daha aydın görməyə çalışdım.

-"Xəyal..."-dodaqlarımda qeyri-ixtiyari səsləndi.
Murad bir müddət üzümə, sonra isə mənim baxdığım yerə baxmağa başladı.

-"Budur, o Xəyal?"-dedi qaşlarını çataraq.
Başımla təsdiqlədim.Əlimdən tutub məni arxasınca apardı.Düz Xəyalın yanına çatdığımızda dayandı.

-"Salaam."-dedi Xəyal xüsusi intonasiya və gülümsəmə ilə.Bu nə üzsüzlük idi?

-"Niyə gəlmisən?"-dedim sərt səslə.

-"Nədir, gəlmək olmaz?"

-"Bura ancaq kursun tələbələri gələ  bilər."-deyə açıqladı Murad, məndən fərqli olaraq düz bir səslə.

-"Sizə qonaq gəlməmişəm, narahat olmayın.Sadəcə buralarda bir dostumu görməyə gəlmişdim.Təsadüfən musiqi səsini eşitdim və həyətə baxanda onu gördüm."
Mənə baxırdı.Niyə elə baxırdı ki?!

-"Yaxşı, indi əmin oldun ki, oradakı mən idim.Gedə bilərsən.Sağool."-dedim son sözü onun kimi səsləndirərək.
Arxamı dönüb getmək istəyirdim ki, əlimdən hələ də möhkəmcə yapışan Murad buna mane oldu.Xəyala baxaraq,
sanki, əməliyyat başındakı diqqətli bir həkim ədasıyla danışdı.

-"Demək, Amelianı ağladan sənsən."
Xəyalın üzündə istehzalı gülüş yarandı.

-"Hə, amma elə görünür ki, səndə təskinlik tapıb."-dedi və hələ də birlikdə olan əllərimizə baxdı.
Mən utanaraq əlimi çəkmək istədikcə, Murad yüngülcə əlimi sıxaraq çəkməməyimi bildirirdi.Ona gücümün çatmayacağını bildiyimdən, istəyinə tabe oldum.

-"Xəyal çıx, get burdan."-dedim.
Yavaş-yavaş Turalgilin evindən tələbələr çıxır və bizə baxmağa başlayırdı.Onlar öz evlərinə getməmişdilər?
Xəyal gözlərini dikmiş mənə baxarkən, Turalın səsini eşitdim.

-"Dostum, dəvətsiz qonağımız kimdi?"
Arxaya baxdım.Bütün qrup orda idi.
Onu tanıyan Nuray mənə tərəf gəlib yanımda dayandı.

-"Ondan nə istəyirsən?Səni unutmaq üçün əlindən gələni edir.Niyə Amelianı rahat buraxmırsan?"
Nuray da artıq Xəyala nifrət edirdi.

-"Alınmır başa düşürsən, alınmır!Burda olacağını dedilər.Gəlib üzr istəyəcəkdim.Ancaq sən..sən onunla idin..."
Necə?!Xəyal məndən üzr istəyəcəkdi?
Arxasını dönüb getdi.Qonaqların arasındakı bir çox qız ah çəkərək onun arxasından baxırdı.Yaraşıqlı və çox qızların xəyallarındakı oğlan idi.Amma Xəyalı mənim qədər tanımırdılar.
Gözümdən bir damla yaş düşdü.Murad onsuz da əlində olan əlimdən tutub məni arxasınca apardı.
Qaçırdım; hara qaçdığımızı bilmədən.Bəlkə həyatdan, bəlkə problemlərdən, bəlkə də problemlərin tək səbəbi olan insanlardan.
Nə qədər qaçdıq bilmirəm.Yüksək bir yerdə idik.Çünki, bütün şəhər ayaqlarımızın altında idi.Kiçik təpənin üstündə oturdum.Murad hələ də ayaq üstdə dayanmışdı.Külək əsirdi və mənim kurtkam Turalgildə qalmışdı.
Ancaq qəribə şəkildə mənə soyuq deyildi.Muradın saçları küləklə bir dalğalanırdı.Elə mənim də saçlarım onunkilərdən geri qalmırdı.Əllərimi çənəmə qoyub mənzərəni seyr etdim.
Bir müddət sonra Muradın telefonuna zəng gəldi.

-"Hə?"-deyərək cavabladı zəngi. Gülümsədim.Mənə məni xatırladırdı.

-"Mənimlədi, narahat olmayın."-dedi və telefonu söndürdü.
Üzünü mənə çevirdi.

-"Tural idi.Özünü öldürüb- öldürmədiyini soruşdu."
Yenə gülümsədim.Bu cür dostların yanında necə kədərlənmək olardı axı?!
Yenidən üzünü şəhərə çevirdi.Cibindən siqaret qutusu və alışqan çıxardı və bir siqaret yandırıb dodaqlarına yerləşdirdi.Təəccüblənmirəm.İyindən təxmin etmişdim.
Geriyə buraxdığı hər nəfəslə boz dumanlar süzülürdü havada.Yavaş hərəkətlərlə gəlib yanımda oturdu.

FotoqrafDonde viven las historias. Descúbrelo ahora