Bölüm 1

50 1 0
                                    

"Yox dedimsə yox. Haçandan bu evdə mənim sözümün üstünə söz deyilir"

Leyla universitet imtahanına girə bilmək üçün ailəsini razı salmağa çalışırdı. Şamaxıda yaşayırdılar. Ailəsi köhnə fikirli idi. Onlara görə qızın oxuması elə də vacib məsələ deyil. Hətta qızları orta məktəbi bitirdiyinə belə şükür etməliymiş. Xoş onlara qalsa buna belə icazə vermeyib 9cu sinifdən məktəbdən çıxardacaqlardı amma qardaşı Toğrul buna icazə verməmiş,nə olursa olsun onun oxumasını istəmişdi. Amma indi Toğrul əsgərlikdə olduğu üçün ona kömək edə bilmirdi. 17 yaşlı Leyla atasının əsəbi ilə üz-üzə qalmışdı.

"Ata nolar icazə ver oxuyum. Mənim uşaqlığımdan bəri ali təhsil alıb müəllimə olmaq istədiyimi bilirsən. İmtahana 1 həftə qalıb. İcazə ver Bakıya gedib o imtahana girim."

Atası isə buna qəti şəkildə qarşı idi. Ona görə rayonda böyümüş qız şəhər yerinə gedəndə başında böyüyü olsa belə pozular. O qədər ürküdücü baxırdı ki, qızının gözlərinə Leyla içdən-içə birazdan döyüləcəyini düşünüb qorxuya düşmüşdü.

"İcazə vermirəm. Əgər zəng eləyib qardaşına tək kəlimə söz desən səni min peşman qoyaram buna. Dəli Mirzəyə verərəm səni. Onda görərsən oxumağı! "

Bu sözlərdən sonra Leyla artıq təkid etməyin mənasız olduğunu anlamışdı. Çünki əgər biraz daha danışsa elə bu dəqiqə dəli Mirzəni çağırıb toy hazırlıqlarına başlaya bilərdilər.

"Mehman sakitləş. Toxta biraz özünə gəl" dedi anası Sürəyya xanım ərini sakitləşdirmək istərcəsinə.

"Sən də çıx get otağına. Dəli elədin yenə kişini"

Leyla qaçaraq otağına getdi. Yatağına oturub yataq başlığına söykəndi. Dİzlərini qarnına çəkib qollarını önündə birləşdirdi. Başını dizinə söykəyib ağlamağa başladı. Özünü bildi biləli oxumaqdan başqa bir şey düşünməmiş,ədəbiyyat müəlliməsi olmaq istəmişdi. Məktəbdə belə müəllimələrinə həsəd aparardı. İçəridən səslər eşidəndə başını dizindən qaldırıb daha yaxşı eşitmək üçün qapıya yaxınlaşdı.

"Bu da eyni əmisi kimi inadçıdı. Elə belə bir həvəs üçün dünyanı dağıdır. Çox keçmədən sıxılacaq xəbəri yoxdu "

Mehman kişinin bilmədiyi bir şey var idi ki, o da bunun Leyla üçün keçici bir həvəs olmaması idi. Əmisinə oxşadığını da düşünmürdü açığı. Üzüne xatırlamasa da haqqında çox şey eşitmişdi əmisinin. Yenidən yatağına oturdu. Əmisi 17 il əvvəl Qumru deyə bir qızı sevirmiş. Amma qız onunla evlənmək istəmirmiş. Ailələrinin bir-birinə gediş-gəlişi olduğu üçün hamı razı imiş. Qumrudan başqa. Həyatında başqa biri olduğuna görə yox,sadəcə Həmidin xasiyyətini bəyənmirdi. Ailələri bir-biri ilə yaxın olduğu üçün hərəkətlərini görürdü. Həmidin isə Qumrudan vazkeçməyə niyyəti yox idi. Qumrunu qaçırmışdı. İlk vaxtlar araları çox yaxşı imiş. Hətta Qumru əvvəlki düşüncələrinə görə peşman olmuşdu. Amma zaman keçdikcə Həmidin hərəkətləri dəyişmiş, Qumruya pis davranmağa başlamışdı. İş o dərəcəyə çatmışdı ki, 2 övladını Həmidin onu döymələri nəticəsində daha bətnindəykən itirmişdi. Bir zaman sonra artıq evə həftədə bir gələr olmuşdu. Elə bunun nəticəsi idi ki, bətnindəki 3cü hamiləliyi olan qız övladını sağ-salamat dünyaya gətirə bilmişdi. Düşünürdü ki bu uşaq Həmidi düzəldəcək. O yenə evliliklərinin əvvəllərində olduğu kimi qayğıkeş biri olacaqdı. İş burasındadır ki, heç nə düşündüyü kimi olmamış,əksinə, daha da pis olmuşdu. Qucağında qızı ilə Qumrunu qapıya qoyan Həmid "Gedin heç birinizi istəmirəm. Tək başına yaşamaq istəyirəm. Uşaq zırıldaması çəkəcək halım yoxdu" deyə qovmuşdu onları. Qumru isə getməmiş qapıda gözləmişdi 2 gün boyunca. Bu günlərdə qonşular onlara yemək və su vermiş,nə qədər evə çağırsalar da Qumru getməmişdi. Ən sonunda çarəsiz qalmış və atası evinə dönməyə məcbur olmuşdu. Bu hadisələrdən sonra Həmid xaricə getmiş,bir daha da heç kim ondan xəbər tutmamışdı. Burda isə 2 ailə bir-birinə girmişdi. Qumrunun ailəsi camaat içində utancdan heç kimin üzünə baxa bilməmiş və Şamaxını tərk etmişdilər. Aradan 15 il keçsə də bu söhbət hələ də bu ailə içində arada bir açılıb danışılardı

BƏRDƏLWhere stories live. Discover now