Bölüm 6

16 1 0
                                    

Xoş oxumalar

Sinfə girər girməz tez gedib Aysunun yanında oturdu. Arxasından müəllimə girəndə şükür elədi içindən gecikmədiyi üçün. Son anda canını qurtarmışdı.Aysun onun nəfəssiz qalmış halını gördükdə "Nə olub?" deyə fısıldadı sakitcə. Heç nə mənasında başını salladı. Üzünü qarşısında masasına əyləşən müəlliməyə çevirdi.

"Bəli uşaqlar,mənim adım Nəzrindir. Size Nitq mədəniyyəti dərsi keçəcəm.
Sadəcə 1 semestr yox sizinlə bir neçə müddət biryerdə olacıq. Ümid edirəm ki, yaxşı yola gederik." Dedi 20-li yaşlarının sonunda,uzun,düz,qara saçlı və hər halından baxımlı olduğu bəlli olan sevimli müəlliməsi.

"Məni tanıdığınıza görə indi də sizləri tanıyaq. Hələ ki,jurnal olmadığına görə adınızı bilmirəm. Sizə azacıq zəhmət verəcəm. Durub bir bir adlarınızı mənə deməyinizi xahiş edirəm. Yaddaşım güclüdü. Bir dəfə desəniz ağlımda qalacaq. "

Nəzrin müəllimənin gülümsəyərək danışığının ardından bütün qrup tək-tək ayağa durub adlarını demişdi. Bu xanımı Leyla çox sevmişdi. Belə səmimi insanlardan daim xoşu gəlirdi.

●●●

Son dərsdə bitdikdən sonra sinifdən çıxdı qızlsr.

"Off, bir an bu gün heç bitməyəcək deyə düşündüm. Sonunda qurtardı."

Qrup yoldaşının bu sözlərinə Leyla qaşlarını çataraq reaksiya verdi.

"2 gündə unidən sıxıldım demə mənə!"

"Sən də sıxılacaqsan. İndi təzəsən sadəcə. "

Gözlərini qısaraq "sanki sən deyilsən " dedi Leyla.

Aysun addımlarını saxlayıb Leylanın çiyninə əlini qoydu.

"Canım, düzdü birinci kursam,amma, mənim bacım da bu unidə oxuyub. Ona görə də illərlə gəlib getmişəm bura "

Leyla gülümsəyərək "Deməli,bacın da müəllimədi?"

Aysun dodaqlarını büzərək "Əslində peşəsi odu,amma,imtahandan keçib işləyə bilməyib hələ ki "

"İnşAllah keçər imtahandan" dedi Leyla.

●●●

Toğrul parkda o baş bu baş gedib gəlirdi eləcə. Ağlında minlərlə düşüncə var idi. Sevdiyi qızı gözləyirdi və düşündüyü cavabı verməsi üçün ümid edirdi.

Çox keçmədən gözlədiyinin parka girişini görən zaman sürətli addımlarla ona tərəf yönəldi. Qızın yanına çatar çatmaz əlini uzadıb qızı qollarının arasına aldı. Eyni ilə qız da əllərini sevdiyinin belinə dolamışdı. Toğrul dərin dərin qızın qoxusunu içinə çəkdikdən sonra qollarını aralamadan "Səni buraxa bilmərəm. Səndən vazkeçə bilmərəm "dedi. Gözyaşları gözünü yandırırdı,amma,yox. Ağlamayacaqdı. Sevdiyinin yanında özünü gücsüz və çarəsiz göstərməyəcəkdi. Özünü zorla da olsa geri çəkib vurğunu olduğu gözlərə çevirdi qəhvəyi baxışlarını. Qızın üzünü əlləri arasına alaraq dodaqlarına kiçik bir öpüş buraxdı. Bu öpüşü uzatmaq niyyəti var idi,amma, həm olduqları yer buna mane olurdu , həm də danışmalı olduqları söhbət.

"Gəl,oturaq" deyərək qızın əlindən tutdu. Yaxındakı oturacağa yönlərdirdi hər ikisinin addımlarını.

Oturan zaman bədənini sevdiyinə tərəf çevirdi. Hələ də əllərini buraxmamışdı. Bir müddət sadəcə izlədi sevdiyinin üzünü. Baxışları hər bir zərrəsində gəzdi qızın. 'Bəlkə də yaxın zamanda heç görə bilməyəcəm' dedi içindən. Sonra öz dediyinə özü qarşı çıxdı. Bunu düşünmək belə onu dəli edirdi. 'O ancaq mənimdi və mənim qalacaq' dedi yenə içindən.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 13, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

BƏRDƏLWhere stories live. Discover now