İnsanlar xəyallarla böyüyər,gələcəyə dair ümid edərlər.Qarşılarına bir məqsəd qoyub,ona çatmaq üçün əllərindən gələni edərlər.Leyla da uşaqlığından bəri xəyallarla böyümüşdü.Onun xəyalları bəzi qızların əksinə varlı ər,təm-təraqlı həyat deyildi.Onun xəyalı müəllimə olmaq idi.İndiyə kimi oxumaqdan başqa heç nə düşünməmişdi.Rayonun cavanlarından ona yaxınlaşıb sevgi etirafı edənlər olmuşdu,amma,o hamısına etiraz etmişdi.Hətta,qıza məktublar yazıb,yol gedərkən birdən məktubu əlinə tutuşduranlar da olmuşdu.Amma o bunların heç birinə fikir verməmişdi.Nəsə edib ailəsinin,xüsusilə də,ona çox güvənən qardaşının başını aşağı eləmək istəmirdi.Açığı sevgi-məhəbbət işlərinə çox da həvəsi yox idi.O həmişə düşünürdü ki,qismətində olan insan vaxtı çatanda heç özü də hiss eləmədan onun həyatında yer tutacaq.
Məktəb yolu ilə evə qayıdarkən,kiminsə onu izlədiyini hiss etdi Leyla.Başını çevirib ətrafına baxarkən haqlı çıxdığını anladı.Rayonun cavanlarından olan Sərdar onu izləyirdi.Sərdar özünü bildi-biləli onu sevirdi.Leyladan başqa qızı gözü qətiyyən görmürdü.Hətta o qədər kor etmişdi ki,sevgi onun gözünü Leylanın yaxın rəfiqəsi olan Zeynəbin ona olan sevgisindən belə xəbərsiz idi.Xoş bilsə də bir şey dəyişməzdi.Çünki onun fikri ancaq açıq qəhvəyi gözlərin sahibi olan Leylasında idi.Bəli,Leylası.Çünki Sərdara görə Leyla gec ya tez onun olacaqdı.Elçi göndərmək üçün sadəcə qızın məktəbi qurtarmağını gözləyirdi.Bir də azacıq da olsa Toğruldan çəkinirdi.Açıq qəhvəyi gözləri,digərlərinə nisbətən biraz daha ağ dərisi,o qədər də uzun sayılmayacaq kirpikləri,azacıq yuxarı qalxmış burnu,qara,uzun saçları və ətli,çəhrayı rəngli dodaqları ilə o Sərdarın gözündə dünyanın ən gözəl qızı idi.
Leylada isə bu düşüncələrin tam əksi var idi.O Sərdarı Toğruldan ayrı tutmamışdı heç vaxt.Sərdar qardaşı ilə Toğrul oxumaq üçün Bakıya getməmişdən əvvəl yaxın dost idilər.Sonradan o qədər əlaqələri olmasa da Toğrul hər rayona gələndə mütləq görüşərdilər. Elə Leylanı da ilk dəfə uşaq vaxtı Toğrulu oyun oynamaq üçün çağırmağa evlərinə gedəndə görmüşdü.12 yaşı var idi o zamanlar.İlk baxışda vurulmuşdu Leylaya.Onun deyimi ilə "Yumruq boyda ürəyinə Leylanın sevgisi düşmüşdü "
O zamanlar Leylanın 7 yaşı var idi.Sevginin sadəcə ailə üzvlərinə hiss edilən bir duyğu olduğunu düşünürdü.Bu fikri 10 yaşına qədər də belə davam etdi.Ancaq 10 yaşında rayonda bir qızın nişanlandığı oğlanı sevdiyini deməyini eşidəndə anlamışdı ailədən başqa birilərinin də sevilə biləcəyini.
Sərdardan fərqli olaraq Leyla onu özünə qardaş hesab edirdi.Əslinə qalsa Sərdarın ona olan marağını hiss eləmişdi.Leyla hər gün dərsdən çıxanda Sərdar onu qapıda gözləyər,evə çatana kimi onu uzaqdan izləyərdi.Amma Leyla bunu o qədər də yadırğamazdı.Çünki qardaşı Bakıya gedən zaman onu və Lamiyəni Sərdara tapşırmış,ondan göz-qulaq olmağını istəmişdi.Görəsən Toğrul bilsəydi ki,Sərdarın könlü Leyladadı yenə də əmanət edərdimi bacısını ona?
Uzun kirpikləri,yeni çıxmış saqqalları,o qədər də böyük olmayan burnu,qumral saçları və yaraşıqli üzü ilə Sərdar çoxlarının aşiq ola biləcəyi biri idi.Leyla ona o gözlə baxmırdı belə.
Yanında qardaşı olmadan onunla danışmağı düzgün hesab etmirdi.Qardaşı olan zaman da açığı uzun uzadı danışmazdılar. Uzaqdan bir baş salamı verib,önünə döndü və evə doğru addımlamağa başladı.Sərdarın onu qardaşının tapşırığı əsasında izlədiyini düşünüb çox da üstündə durmadı.Bu dəqiqə düşünməli olduğu,daha doğrusu,dərdini çəkməli olduğu daha vacib məsələləri var idi.
Evə çatanda uzaqdan yaşadığı evə nəzər saldı.Birmərtəbəli,daşlarla hörülmüş,1 zal , 4 yataq otağı,mətbəx və hamamdan ibarət evinə baxdı.Bütün həyatı bu evdə keçmişdi.İlk addımları,ilk sözləri hamısı burda olmuşdu.Hətta Leylanın doğumuna belə bu divarlar şahidlik etmişdilər.
YOU ARE READING
BƏRDƏL
Short StoryDüşünün sizin üzünü belə görmədiyiniz bir ailə ilə sizin ailəniz düşməndi.Daha doğrusu o ailə size düşməndi və qardaşınız o ailənin qızını sevir.Ailəninsə keçmişdə etdiyi təcrübələrə görə sizin ailənizə güvənmir.Qızını sadəcə bir şərtlə verəcəyini b...