Mehman kişi ilə Sürəyya xanım Toğrulun yanına gedərkən qızlar evdə onları həyəcanla gözləyirdilər,əsas da Leyla.Onlar evə qayıdanda isə şok olmuşdu.Çünki qardaşı atasını razı salmışdı.Anasından bunun necə olduğunu soruşanda isə anası onun yanında danışmadıqlarını,o kənarda gözləyərkən Toğrulun atasını sadəcə 5 dəqiqədə razı saldığını demişdi.Bu Leylaya nə qədər qəribə gəlsə də çox da üstündə durmadı.Bu dəqiqə ondan xoşbəxt insan yox idi həyatda.
■■■
Yay gəlmiş,qardaşı da əsgərlikdən qayıtmışdı.Leyla Bakıya gedib imtahanına girmiş,540 balla Azərbaycan Dövlət Pedaqoji İnistitutunun Azərbaycan dili və Ədəbiyyat müəlliməliyi ixtisasına qəbul olmuşdu.Ailəsi Bakıda yaşayıb,orda oxumağına qarşı idi.Ən azından rayondakı universitetdə oxuya bilərdi,amma,qəribə bir şəkildə Toğrul yenə də atasını razı sala bilmişdi.Sürəyya xanımın isə Toğrulun da qızıyla birlikdə yaşayacağını öyrənəndə ürəyinə su sərpilmişdi.Qızı şəhərdə tək qalmayacaqdı.Arxa dirəyi yanında olacaqdı.
Leyla ilə Toğrul Bakıya gəlmiş Leylanın universitetə qeydiyyatını etmiş,sonradan da kirayə ev baxmağa başlamışdılar.Toğrul təhsilini Bakıda aldığı üçün kirayə ev verilən yerləri tanıyırdı.Oralara gedərək özlərinə uyğun bir otaqlı ev kirayələmişdilər.Yenidən rayona qayıdıb,universitetin açılma tarixini gözləmişdilər.Həmişəlik Bakıya gələn zaman Leyla üçün ordan ayrılmaq çətin olmuşdu.Bütün ömrü burda keçmişdi.Elə evdəkilər də ondan çətinliklə ayrılmışdılar.Zorla da olsa ayrılıb qardaşı ilə yeni həyatına doğru yola çıxmışdı.Bakıya uni açılmazdan bir həftə qabaq gəlmişdilər.Yeni evlərinə gəldikdən sonra ilk olaraq anasının qoyduğu yeməkləri yemişdilər.Sonra da Leyla evi təmizlərkən,Toğrul iş axtarmaq üçün evdən çıxmışdı.Ev yiyəsi ilk ayın kirayəsini əvvəldən istəmişdi. Toğrul hələ işləmədiyi üçün atası vermişdi.Bundan sonrasını isə Toğrul özü həll etmək istəyirdi.Oxumuş mühasib olmuşdu.Artıq başqasının əlinə baxmaq istəmirdi.Bu atası belə olsa.
■■■
Bir həftə çox tez gəlib keçmiş uninin ilk günü gəlib çatmışdı.Leyla səhər yuxudan duran zaman yanındakı yataqda qardaşı hələ də yatırdı.Hamama keçib ordakı işlərini həll etdikdən sonra sakit olmağa çalışaraq səhər yeməyini hazırladı.İşini bitirdikdən sonra qardaşını oyatmağa getdi.Qaldıqları ev bir otaqlı,hamam və kiçik bir mətbəxdən ibarət idi.Otaqda 2 yataq, divan-kreslo,onun tam qarşısında isə köhnə balaca ekran bir televizor,otağın kənarında isə yemək masası var idi.Toğrulun başının üstündə durub səsləndi.
"Toğrul"Səs gəlmədiyini görəndə eyni işi təkrarladı.Bir neçə səslənişin ardından Toğrul gözlərini açmışdı.Yuxusu həmişə ağır idi.
"Mən həyəcandan bütün gecə yata bilməmişəm.Səni oyandırmaq mümkün deyil amma.Dur tez ol.Bugün mənlə gələcəyinə söz vermişdin."
Toğrul başını sallayıb ağır-ağır yerindən qalxdı.Hamamdakı işlərini həll etdikdən sonra stol arxasına keçib yeməyinə başladı.
"Tez ye" dedi Leyla "Sənə görə ilk gündən gecikmək istəmirəm"
"Narahat olma,ilk gündən səni heç kim tanımır.Ona görə heç bir müəllim niyə gecikdin deməz"
"Olsun.Yenə də gecikmək istəmirəm.Hətta,sən biraz tez oyansaydın 1 saat tez getməyi planlaşdırırdım"dedi ağzına pendiri qoyarkən Leyla.
Toğrul gülərək başını sağa-sola salladı.O da oxumaq istəmişdi,amma Leyla qədər həvəsli deyildi.Sadəcə daha rahat həyat yaşamaq üçün oxumuşdu.Həyatında Leyla qədər oxumağa həvəsli birini daha görməmişdi.
VOUS LISEZ
BƏRDƏL
NouvellesDüşünün sizin üzünü belə görmədiyiniz bir ailə ilə sizin ailəniz düşməndi.Daha doğrusu o ailə size düşməndi və qardaşınız o ailənin qızını sevir.Ailəninsə keçmişdə etdiyi təcrübələrə görə sizin ailənizə güvənmir.Qızını sadəcə bir şərtlə verəcəyini b...