Bəzən elə anlar yaşayarsınız ki,nə deyəcəyinizi,necə davranacağınızı bilməzsiniz.Bax, məhz belə anlardan birini də indi Lamiyə yaşayırdı.Anasının maraq dolu baxışlarına necə qarşılıq verəcəyini bilmirdi,donub qalmışdı.Anası isə artıq hövsələdən çıxırdı.
"Danışın,məndən nə gizlədirsiniz?"dedi əmr verərcəsinə.Bu eşitdikləri ona qəribə gəlmişdi.Qızlarının ondan nəsə gizlətdiyini düşünmək belə istəmirdi.Belə bir şey indiyə kimi heç vaxt olmamışdı.
"Iıı,şey"
Düşünürdü,amma,bir şey tapmırdı Lamiyə.
"Nə?"Sürəyya xanımın səbri tükənmək üzrə idi.
Lamiyə isə dili topuq vuraraq ağlına ilk gələn fikri söylədi.
"Ana,biz...yəni ..off Leyla görürsən eşitdi.Hələ dedim ki sakit ol"
Leyla isə anlamaz gözlərlə baxırdı bütün bu olanlara.
"Leylaya deyirdim ki,gəl axşam yeməyini biz hazırlayaq bugün.Leyla da elə buna görə qışqırdı,yəni gülərək qışdırdı.Narahat olası bir şey yoxdu."
Leylanın da,Sürəyya xanımın da təəccübdən qaşları çatıldı.Arada bir fərq var idi ki,hər ikisinin səbəbləri fərqli idi.Anası səhv eşitdiyini düşünərək bir daha soruşdu.
"Necə necə?"
"Ana mən Leylaya deyirdim ki,gəl axşam yeməyini biz hazırlayaq.Sənə sürpriz olsun istəmişdim,amma, olmadı"dedi yalandan gülümsəyərək.
İçindən anasının bu yalana inanması üçün dua edirdi.Anası isə hələ də anlamırdı olanları.Qızları yemək bişirməyi bilirdi,amma,indiyə kimi heç vaxt öz istəkləri ilə nəsə bişirməmişdilər.Həmişə Sürəyya xanım onları məcbur edərdi.İndi isə öz istəkləri ilə bunu etmələri ona qəribə gəlmişdi.
"Siz?"dedi işarət barmağını qızlarına tərəf tutub hərəkət etdirərkən.Aşırı dərəcədə təəccüblənmişdi.Bu da üzünə vurmuşdu.
"Hə,biz.Eləmədiyimiz işdi ki?"Lamiyə artıq son çırpınışlarını edirdi.Əgər həqiqəti desə anasının hər şeyi birbaş atasına çatdıracağını bilirdi.Çünki anası atasından heç nə gizlətməmişdi indiyə qədər.Bununla da bacısının pis vəziyyətdə qalmağını istəmirdi.
"Düzünü deyin!"Səsi normaldan daha sərt çıxmışdı Sürəyya xanımın.
Leyla sözə girmək istədiyi an Lamiyə onu qabaqladı.
"Düzünü deyirik"dedi"Biz sənə haçan yalan danışmışıq?"Bax elə bu söz onun son variantı idi.Nə vaxt anasına bu sözü desə Sürəyya xanım onun dediklərinə yerindəcə inanardı.Elə bu dəfə Lamiyənin variantı tutmuşdu.
Sürəyya xanım gülərək "Heç vaxt qızım.Mən biraz təəccübləndim sizin o sözünüzə.İndiyə kimi öz kefinizlə belə bir şey eləməmisiniz axı."Yaxınlaşaraq qızlarının başını sığalladı"Aferin mənim ağıllı qızlarıma.Bax belə olun.Sabah getdiyiniz evdə yeməkləri siz bişirəcəksiz.İndidən alışın.Əsas da sən Lamiyə.Artıq 20 yaşın var.Getmək vaxtındı.Hər gün dua edirəm ki,sənə xeyirli bir qismət yetirsin."
Lamiyə bu anda içindən 'Camalı yetirsin deyə dua elə,ana' dedi.Onun tək istədiyi Camal idi.Gecələr onun xəyalı ilə yatırdı.Gələcəkdə Camal ilə necə qarşılaşacağını,Camalın sevgi dolu baxışlarını,toylarını,onunla keçirəcəyini günlərini xəyal edirdi.Camaldan başqası ilə evlənməyi ağlının ucundan belə keçirmirdi.
Anasının otaqdan çıxmağı ilə düşüncələrindən ayıldı.Dərin bir nəfəs dərdi.Qapını örtdükdən sonra yatağın üstünə çökdü.Ailəsinə indiyə kimi ciddi mövzularda yalan deməmişdi,amma,arada belə kiçik yalanlar deyirdi.Onun ən böyük yalanı Camala olan sevgisini gizlətməsi idi.O da yalan deyil,sadəcə belə bir mövzu açılmadığı üçün heç nə deməmişdi bu barədə.
YOU ARE READING
BƏRDƏL
Short StoryDüşünün sizin üzünü belə görmədiyiniz bir ailə ilə sizin ailəniz düşməndi.Daha doğrusu o ailə size düşməndi və qardaşınız o ailənin qızını sevir.Ailəninsə keçmişdə etdiyi təcrübələrə görə sizin ailənizə güvənmir.Qızını sadəcə bir şərtlə verəcəyini b...