Həyat sürprizlərlə dolu idi. Bir vaxtlar sənin üçün mümkünsüz olan bir şey vaxt gələr,gün gələr gerçək olar və sən xəyalını qurduğun həyatı yaşayarsan. Leyla indi tam olaraq bunu yaşayırdı.Qəlbini incidən və kefini pozan tək şey ailəsindən uzaqda olmağı idi. Bir də evdən çıxarkən atasının ona olan baxışları.Sanki getmə deyirmiş kimi,icazə vermirəm deyirmiş kimi. Bu olanlara bir məna verə bilmirdi Leyla.Axı Toğrul onu razı salmışdı.Necə razı saldığı isə böyük bir sirr idi.Cavab verməyəcəyini bilsə də yenə də bugün Toğrulla bu məsələ barədə bir daha danışmağa qərar verdi. Saat 5 idi və qardaşı birazdan gələrdi. Durub yemək hazırlasa yaxşı olacaqdı. Oturduğu divandan ağır-ağır qalxdı Leyla. Soyuducunu açdıqda yemək üçün elə də bir şeyin olmadığını gördü. Sadəcə 3 pomidor,biraz badımcan,2 yumurta,2 bibər,1 paket yağ var idi. Badımcan yeməyi bişirməyə qərar verdikdən sonra soyuducudan lazimi ləvazimatları çıxardı. Sonra dəzgaha tərəf yönəldi. Toğrul gələndə ona evə yemək üçün tərəvəz almağı tapşırmağı ağlının bir qırağına qeyd elədi. Əslində heç deməzdi. Qardaşının hələ də iş tapmadığını,maddı cəhətdən vəziyyətinin çətin olduğunu bilirdi, amma,neyləsin evdə heç nə yox idi. Qardaşının bugün iş tapması üçün dualar edərək yeməyi hazırlamağa başladı.
💥💥💥
Oturduğu stuldan yene pərdəni aralayıb boylandı çölə doğru. Saat axşam 10 olmuşdu ,amma,Toğruldan hələ də xəbər yox idi. Telefonu yox idi deyə zəng edib narahatçılığını da üstündən ata bilmirdi. Stulu pəncərənin önünə çəkib tez tez həyətə baxmaqdan başqa bir çarəsi yox idi. Başına bir iş gəlmiş olar deyə qorxurdu. Bu qorxusunun əsas səbəbi uşaq vaxtı ailəsinin dediyi sözlər idi. Mehman kişi və Sürəyya xanım qızları Bakıya meyil etməsinlər deyə Bakını pislədikcə pisləmişdilər illər boyu. Ya onu öldürüb cəsədini zibil qutusuna atdılarsa...düşündükcə sanki bədənindəki qan çəkilirdi,bir titrəmə tuturdu Leylanı. Beynindəki düşüncələri qovmaq istərcəsinə başını iki yana salladı gözlərini yumaraq. Sonra təkrar pərdəni aralayıb aşağı baxdı. Toğrulu sağ-salamat küçənin başında görəndə ürəyinə su sərpildi. Əlini ürəyinin üstünə qoyaraq dərin bir ohh çəkdi. Qapıya tərəf qaçaraq vaxt itirmədən açdı qapını. Toğrul pilləkanları çıxırdı hələ də. O qədər fikirli idi ki,qapının önünə çatana qədər Leylanı görmədi belə. Bu Leylanı təəccübləndirdi.Hətta narahat oldu. Evə gec gəlməyi,üstəlik belə fikirli gəlməyi idi onu narahat edən. Toğrul əlini cebinə ataraq açarı çıxardı. Tam qapıya yaxınlaşdırırdı ki,Leylanı gördü.
"Sən niyə qapıya çıxmısan?Mən qapını döydüm ki?Ona görə açdın?"
Necə yəni Toğrul o qədər fikirli idi ki,qapını döyüb-döymədiyini beləmi xatırlamırdı?Leyla qapıdan çəkilərək ona yol verdi. İçəri keçib ayaqqabılarını çıxardı, ardından keçib divana oturdu. Yox oturmadı. Çökdü desək daha doğru olar. Leyla daha çox narahatlanaraq yanına oturdu.
"Nə olub?Niyə belə fikirlisən?"
Amma sanki Toğrul onu eşitmirdi. Başqa aləmdə idi. Leyla yüngülcə qoluna toxundurdu əlini. Toğrul sanki tok vurmuş kimi reaksiya verdi. Nə oldu? deyirmiş kimi salladı başını.
"Əsas sən de nə olduğunu"dedi Leyla "Niyə belə fikirlisən?"
Dərin bir nəfəs aldı Toğrul. "Heç nə" deyə bildi sadəcə. Nə deyə bilərdi ki?Elə bir vəziyyətdə idi ki,nə edəcəyini bilmirdi.
Üzünü digər tərəfə çevirib baxışlsrını qaçırdı. Leyla onun bu halının səbəbini öyrənmək istəyirdi,amma,Toğrulun nəsə danışmamaqda qərarlı olduğunu görürdü. Amma onun da əl çəkməyə niyyəti yox idi.
ESTÁS LEYENDO
BƏRDƏL
Historia CortaDüşünün sizin üzünü belə görmədiyiniz bir ailə ilə sizin ailəniz düşməndi.Daha doğrusu o ailə size düşməndi və qardaşınız o ailənin qızını sevir.Ailəninsə keçmişdə etdiyi təcrübələrə görə sizin ailənizə güvənmir.Qızını sadəcə bir şərtlə verəcəyini b...