9-cu hissə / Ailə

193 42 39
                                    

Əlidən...

Bu gün mənim üçün çox yorucu gün olmuşdu. Şirkətdən çıxandan sonra anamın rəfiqəsi olan Məhbubə xanım gilə getmişdim. Şənliklərə getməyi sevməzdim. Sadəcə anamın işi olduğu üçün məcbur məni göndərmişdi. Onsuz hər zaman hər yerə mən getmirdimmi?

Orada görməyi gözləmədiyim Dənizi görmüşdüm. Nə işi var idi axı onun orada? Yaxşı, geyimindən köməkçi olduğu bilinirdi, amma necə və niyə getmişdi ora? Niyə kiməsə kömək etməli idi? Kiçik canı ilə çox yorulmuşdu indi o. Təbii olaraq mən onun suallarını cavablamadığım kimi, o da mənim suallarımı cavabsız qoymuşdu. Mənim kimi inadcıl idi . İnadçılığımız üzündən yarışa girsək, ikimiz də yarışdan tükənmiş olaraq çıxardıq.

Onu binaya qoyub evə doğru addımlayırdım. Bütün yol boyu o gözəl, hüzünlü yaşıl gözlərindəki əsəb qıvılcımları mənim üzümdən ayrılmamışdı. Nifrət edirdim, amma məcbur idim ona yalan deməyə.

Hər zamakı halı ilə yenə oğlanlar üçün olan geyimi geyinmişdi . İnkar edirdi, amma kişi geyimləri ilə özünü gizləməyə çalışırdı. İnkar edirdi, çünki özü belə fərqində deyildi. Bunu anlayırdım. Özünü kimdənsə gizləməyə çalışsa belə, məndən gizləməyi bacarmırdı.

Ona qarşı içimdə saf bir sevgi vardı. Bu eşq idimi? Əlbətdə yox! O mənim öz qanımdan olan doğma əmimin qızı idi. Lənətə qalmış əmimin qızı. Lənət əmim idi, Dəniz bura heç, amma heç aid deyildi. Ola da bilməzdi. Bataqlığa batmış əmim, indi öz qızını da etdiyi bütün işlərlə özü ilə birlikdə bataqlığa çəkmək istəyirdi. Rədd olsun. Çox gözləyərdi. Onun üçün deyilmi, yalandan nifrət edə-edə canımdan çox sevdiyimə yalan deməyim?

Ona öz-özlüyümdə belə deyirdim. Mən tək uşaq idim. Onun əksinə mənim bacım və qardaşım yox idi. Amma bacım olsa, bundan əmin idim ki, onu bacımdan ayırmazdım.

O bütün bunları bilmirdi. Nifrət edirdim yalan deməyə. Nifrət. Amma onun üçün məcbur idim. İstəmədiyim və nifrət etdiyim bütün şeyləri onun üçün edirdim.

Lənətə qalmış əmim bütün pis işlərə batmışdı. Qumar,  ağ zəhər(narkotik) satışı və becərməyi, oğurluq və s.
Onun üçün deyilmi dediyim bütün yalanlar? İndi özü haqq etdiyi yerdə, həbsdə idi. Hal hazırda o toxunulmazlıq qazansa belə, qızının başına toplanmışdı bütün çaqqallar.

Ağ zəhər satışı zamanı etdiyi satqınlıq ağ zəhər mafiyasını qəzəbə gətirmişdi. Əlləri həbsə çatmadığından daha doğrusu, hələ ki, Dənizdən istifadə edirdilər. Amma bilmirdilər ki, qızını sayan yoxdu.

Babam vaxtı ilə çox olmasa da varlı biri olubmuş. Bütün sərvətini iki oğlu arasında bölüşdürüb dünyadan köçmüşdü. Atam mirasdan istifadə edib bizim şirkəti qurmuşdu. Əmim isə bütün mirası əvvəldən olduğu kimi qumara xərcləmişdi. Miras bitdiyi zaman, çoxlu borcu varmış. İllərlə qaçaq yaşasa belə, sonunda haqq etdiyi yerdə idi.

İlk başlarda yəni, kiçik yaşlarımda sadəcə kiçik ailəmizlə tək başına olduğumuzu zənn edirdim. Sadəcə atam, anam və mən. Yalnız 18 yaşım olandan sonra, atam bütün hər şeyi mənə danışmışdı. O zamanlar həm oxuyub, həm də şirkət işləri ilə maraqlanmağa başlamışdım. Dənizi görməmişdim və tanımırdım. Atam sadəcə bir qardaşının olduğunu, hansı işlərlə məşğul olduğunu demişdi.

Atam böyük qardaş olaraq, qardaşının bu işlərdən əl çəkməsini dəfələrlə demiş, onu bu işdən çəkməyə çalışmışdı. O isə qulaq asmamış, istədiyini etmişdi.

Dəniz o zamanlar hələ öz evində idi. Əmim ona qızı kimi deyil, qulu kimi davranırdı. Görməmişdim, amma hər şeyi atam danışmışdı. Dəfələrlə atamın adamları küçədə Dənizi əmimin əlindən almışdılar. Onlar sırf Dəniz üçün atamın yönləndirməsi ilə, qonşu kimi orada yaşamağa başlamışdılar. zəhərdən beyni dumanlanmış əmim bundan heç şübhələnməmişdi. Atamın adamları Dənizi onun əlindən aldığı zaman zərbələrin təsirindən şüurunu itirmək üzrə olurmuş.

Ağ ZəhərWhere stories live. Discover now